Çingiz Rəsulzadə

Mənbə: qaynarinfo.az

Başlıq: Çingiz Rəsulzadə

Kinorejissor vəfat edib

Çingiz Rəsulzadə Şağan qəsəbəsində dəfn olunacaq

Kinorejissor, ssenarist Çingiz Rəsulzadə vəfat edib.

Bu haqda “ButaFilm”in direktoru Vidadi Rüstəmov “Facebook”da yazıb.

Çingiz Rəsulzadə 1972-ci ildə Bakıda doğulub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

“Həyat haqqında mimlər” (2002) qısametrajlı, “Jestlər.. Barışıq” (2005) sənədli və “Kuklalar” (2009) tammetrajlı bədii filmlərinin ssenari müəllifi və rejissorudur.

Vidadi Rüstəmov APA-ya bildirib ki, mərhum bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lodp5r

Ən çox baxılan