2 Azərbaycan hərbçisinin yaralandığı, 3 Ermənistan hərbçisinin öldüyü bildirilir (YENİLƏNİB)

“Saat 08.30-a olan məlumata görə, Ermənistan tərəfində 3 ölü, 2 yaralı var”

Source: google.az


12.10.


Ermənistan Müdafiə Nazirliyi həlak olan hərbçilərinin adlarını



açıqlayıb



. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində baş leytenant Hayk Gevorkyan, sıravi əsgərlər Koryun Arutyunyan və David Köçəryan öldürülüb"

***


Müdafiə Nazirliyi: Atəşkəsin elan olunması ilə bağlı Rusiyanın təşəbbüsü qəbul edilib

İyulun 28-də Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycanın 2 hərbi qulluqçusunun yaralandığı deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat

yayıb

.

Nazirlik bildirib ki, səhər saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub:

"Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçu – Sadiq Əliyev və İmran İmranlı yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur".

Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün qəbul edildiyini

vurğulayıb

:

"Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir".

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini erməni mövqelərinə hücum etməkdə

suçlayıb

:

"Saat 08.30-a olan məlumata görə, Ermənistan tərəfində 3 ölü, 2 yaralı var. Bakı indiyə qədər yalnız iki nəfərin yaralandığını bildirdi. Döyüşlər davam edir".

Ana səhifəSiyasət2 Azərbaycan hərbçisinin yaralandığı, 3 Ermənistan hərbçisinin öldüyü bildirilir (YENİLƏNİB)