Rusiyada keçmiş rəis müavinini döyən aktyora 8 il həbs cəzası verilib

Qleb Neyjmak-İordanski. Foto: Moskvanın Doroqomilovski Məhkəməsi

İordanski məmurun dul arvadına dəyən mənəvi ziyana görə 3 milyon rubl da ödəməlidir

Rusiya energetika nazirinin sabiq müavini Leonid Tropkonu döyməkdə ittiham olunan 33 yaşlı aktyor Qleb Neyjmak-İordanskinin 8 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Bu haqda məlumat Moskva Prokurorluğunun “Telegram” kanalında yerləşdirilib.

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Neyjmak-İordanskini Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində nəzərdə tutulmuş cinayəti (qəsdən sağlamlığa ağır zərər vurma, təhlükəli zərər vurma) törətməkdə təqsirli bilib.

Məhkəmə həmçinin məmurun dul arvadına dəyən mənəvi ziyana görə 3 milyon rubl iddiasını da təmin edib.

Hadisənin 2021-ci ildə baş verdiyi bildirilir.

İstintaq müəyyən edib ki, Tropko ilə qonşuluqda yaşayan Qleb Neyjmak-İordanski general Yermolov küçəsindəki evin girişi yaxınlığında onu möhkəm döyüb.

Münaqişə giriş qapısına görə baş verib.

Aktyor qapını açıq saxlamaq məqsədilə giriş qapısına daş qoyub.

69 yaşlı eks-məmur aktyordan bunu etməməsini istəyib.

Neyjmak-İordan bu məsləhətə aqressiv reaksiya verərək təqaüdçüyə hücum edib.

Nəticədə başından xəsarətlə xəstəxanaya yerləşdirilən sabiq nazir müavini hadisədən iki həftə sonra orada vəfat edib.

Qleb Neyjmak-İordanski sosial şəbəkələrdə aktyor Lusifer kimi tanınır.

O, özünü seksoloq, model və ictimai xadim kimi də təqdim edirdi.

Ana səhifəMədəniyyətRusiyada keçmiş rəis müavinini döyən aktyora 8 il həbs cəzası verilib