Keçmiş icra başçılarının ev dustaqlığı istəyinə “yox” deyildi

Hər iki keçmiş icra başçısının işi məhkəmə baxışına verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində növbəti iclas fevralın 12-nə, Şəki Ağır Cinayətlər Məhkəməsində isə fevralın 10-na təyin edilib.

Mənbə: Meydan TV


İcra başçılarının məhkəməsi başlayıb

Həbsdə olan sabiq məmurlardan Yevlax və Ağstafa rayonlarının keçmiş icra başçılarının mühakiməsi başlayıb. Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsində, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev isə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Onların hər ikisinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

N.Quliyev onun birinci müavini olmuş Ramiz Tatarovla birlikdə mühakimə olunur.

Hər iki hazırlıq iclasında təqsirləndirilən məmurların anket məlumatları dəqiqləşdirilib. Bundan başqa, vəkillər həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin yekun hökmü məlum olana qədər ev dustaqlığına buraxılmaları haqda vəsatət qaldırıblar. Vəkillər vəsatəti əsaslandırarkən onların yaşını, səhhətindəki problemləri qeyd ediblər.

Hakimlər vəsatətləri təmin etməyib.

Hər iki keçmiş icra başçısının işi məhkəmə baxışına verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində növbəti iclas fevralın 12-nə, Şəki Ağır Cinayətlər Məhkəməsində isə fevralın 10-na təyin edilib.

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrında Qoca Səmədlovla başlayıb. DTX-nın yaydığı açıqlamalarda icra başçılarının bu vəzifədə işlədikləri dövrlərdə rayonlarda tikinti, abadlıq işlərinə büdcədən ayrılmış milyonlarla vəsaiti mənimsədiyi, vətəndaşlardan külli miqdarda rüşvət aldığı iddia olunur.

Qoca Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Ana səhifəSiyasətKeçmiş icra başçılarının ev dustaqlığı istəyinə “yox” deyildi