“Kapital Bank”ın bankomatı partladılıb

Source:

Abşeron rayonunda “Kapital Bank” ASC-yə məxsus bankomatdan oğurluğa cəhd olub. “Report” xəbər verir ki, gecə saatlarında rayonun Saray qəsəbəsində naməlum şəxs və ya şəxslər ASC-nin bankomatını oradakı pulları götürmək məqsədilə sındırıblar. Hadisə zamanı bankomatın monitorunda partlayış baş verib. Soyğunçuluq etmək istəyənlər ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlər“Kapital Bank”ın bankomatı partladılıb