“Kalmar oyunu”nun yaradıcısının səhhəti pisləşib

Mənbə: AFP

Kinematoqrafçının stressdən altı dişi tökülüb

“Kalmar oyunu”nun (“Squid Game”) yaradıcısı Hwang Dong-hyuk serial haqqında danışıb.

Cənubi koreyalı rejissor “The Guardian”a müsahibəsində çəkilişlər zamanı yaşadığı davamlı stress və gərginlikdən səhhətinin pisləşdiyini deyib.

Kinematoqrafçının stressdən altı dənə dişi tökülüb.

Rejissor həmçinin serialdan çox da böyük məbləğdə pul qazanmadığını bildirib.

“Kalmar oyunu” “Netflix”də bu il sentyabrın 17-də yayımlanmağa başlayıb.

Platforma serial nümayişindən 21, 3 milyon dollar qazanıb.

“Kalmar oyunu” serialının qəhramanları uşaq oyunlarının ölümcül təhlükəli versiyasında böyük mükafat məbləği uğrunda mübarizə aparırlar.

Hadisələr Cənubi Koreyanın hər yerindən yüzlərlə marginalların gətirildiyi, adı açıqlanmayan adadakı nəhəng gizli kompleksdə baş verir.

Serialın qəhrəmanları öz istəkləri ilə uşaq oyunlarının ölümcül versiyalarında 45,6 milyard von, yəni 38 milyon dollar məbləğində mükafat uğrunda mübarizə aparırlar.

Sonda bir nəfər sağ qalır və 38 milyon dolların sahibi olur.

Ana səhifəXəbərlər“Kalmar oyunu”nun yaradıcısının səhhəti pisləşib