İttihamları qəbul etməyən qadın məhbus aclığa başlayıb

Qadın məhbus – İllüstrasiya: Chatgpt

aclıq aksiyasına başlayıb. Onun sözlərinə görə, bu barədə rəsmi ərizə ilə müraciət etsə də, BİT rəhbərliyi qeydiyyata almayıb. O, həbsinə etiraz edir, irəli sürülmüş ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

M. Zeynalova dələduzluqda və xuliqanlıqda ittiham olunur. Hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə mühakimə olunur. Zərərçəkən kimi tanınan şəxslər ondan 80 mindən artıq pul tələb edirlər. Dediklərinə görə, qızıl alış-verişi üçün M. Zeynalova ilə əməkdaşlıq ediblər və satdıqları malın pulu onlara ödənilməyib.

Məhkəməyə bu borcu təsdiqləyən nə qəbz, nə yazışma, nə də səs yazısı təqdim edilib. M. Zeynalova isə məhkəmədə şikayətçilərdən birinin – Yalçın Feyzullayevin onun mərhum qardaşının şəriki olduğunu, birlikdə kürü satışı ilə məşğul olduqlarını bildirib.

Onun sözlərinə görə, Y. Feyzullayevin də şərik olduğu kürü və balıq məhsullarının hələ də soyuducuda saxlanıldığını deyir, qardaşı həyatını itirəndən sonra onlara toxunmadığını bildirir. Bu borcu da təsdiqləyən heç bir sənəd istintaqa təqdim olunmayıb.

M. Zeynalova psixoloji xəstəlikdən əziyyət çəkir, 12 yaşından etibarən qeydiyyatda olmaqla mütəmadi müalicə alır. Həbsindən sonra isə xəstəliyi daha da şiddətlənib.

İndiyədək dəfələrlə özünə xəsarət yetirdiyini, yalnız bir dəfə BİT tərəfindən bunun qeydiyyata alındığını bildirir. Dəfələrlə psixoterapevt və nevropatoloq müalicəsindən keçib. Ancaq məhkəmə onun tibbi ekspertizadan keçirilməsi ilə bağlı vəsatətini təmin etmir

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Məsmə Zeynalovanı 9 dəfə psixiatr, 2 dəfə də psixoloq müayinəsindən keçirib.

Məhkəmə onu nə ev dustaqlığına buraxır, nə də ekspertiza təyin edir.

“Ondan tələb olunan məbləği ödəyərik, ancaq Məsmə buna razı deyil. O, etmədiyi cinayətin cəzasını çəkmək istəmir, həbsdən üzüağ, təqsirsiz çıxmaq istəyir” – deyə yaxınları Meydan TV-yə bildirib.

46 yaşlı M. Zeynalova ailə qurmayıb, itirdiyi qardaşının övladlarını himayə edib. Tək yaşayan bu qadının müalicəyə ehtiyacı var.

M. Zeynalova ədalətin bərpasını istəyir və bu səbəbdən aclığı sona qədər davam etdirəcəyini bildirir.

Bundan öncə Məsmə Zeynalova Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayaraq tənha qadın olmasını nəzərə alıb ona diqqət yetirməsini, işinin düzgün araşdırılmasıbı, tibbi ekspertizadan keçirilməsi üçün köməklik göstərməsini xahiş etmişdi.

Ana səhifə ▸ Siyasət ▸ İttihamları qəbul etməyən qadın məhbus aclığa başlayıb