İstanbulda 6.2 bal gücündə zəlzələ olub

Hələlik, dağıntılar və itkilər barədə məlumat yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hiss olunan zəlzələdən sonra son vəziyyəti bölüşüb.

“Ən son məlumatı nazir dostlarımızdan, həmçinin AFAD rəhbərindən və İstanbul valisindən aldım. Şükür ki, hələlik bir problem görünmür”, – Ərdoğan deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş jurnalistlərlə söhbətində bildirib ki, gözlənilən İstanbul zəlzələsi qapıdadır, hər an baş verə bilər.

O, xalq və dövlətin baş verə biləcək güclü zəlzələyə hazır olmasının önəmli olduğunu qeyd edib.


Zəlzələnin Mərmərə dənizində baş verdiyi bildirilir.

Zəlzələnin episentrinin Silivri olduğu açıqlanıb. Təkanlar İstanbulda daha güclü hiss olunub.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin maqnitudasını 6,2, dərinliyini 6,9 kilometr, Qəndilli Rəsədxanası isə 6,1 bal, dərinliyini isə 13,1 kilometr elan edib.

İkinci təkan daha uzun və daha güclü olub.

Daxili İşlər Naziri Əli Yerlikaya zəlzələ hiss olunan ərazilərdə müvafiq işlər aparıldığını açıqlayıb.

Eyni zamanda İstanbulda bu dəfə mülayim olan daha bir zəlzələ hiss olunub. Bu zəlzələnin maqnitudasının 4,4 olduğu açıqlanıb.


İstanbulda ard-arda iki zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İlk təkan 3.9 bal gücündə, daha sonra isə ikinci təkan 6.2 bal müəyyən edilib.

Hələlik, dağıntılar və itkilər barədə məlumat yoxdur.

Ana səhifəDünyaİstanbulda 6.2 bal gücündə zəlzələ olub