İqtidar-Müxalifət qohumluğu (infoqrafika)

Azərbaycan iqtidarı ilə qohum olan müxalifətçilərin infoqrafik araşdırması

Source:

AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Əhəd Abıyevin qardaşı qızı Zümrüd Qəhrəmanlıdır.

Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı ilə evlənib.

İsa Qəmbərin xanımı Aida Qəmbər (Bağırova) Heydər Əliyevin xanımı Zərifə Əliyevanın xalası nəvəsidir.

İlham Əliyevin köməkçisi, katibəsi Dilarə Seyidzadə El Hərəkatının sədri Eldar Namazovun doğma xalasıdır.

Bəxtiyar Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin qohumudur.

Qurban Məmmədov və qardaşı Sərdar Cəlaloğlu (Məmmədov) deputat Siyavuş Novruzovun bibisi nəvələridir.

Deputat Eldar İbrahimov jurnalist Eynulla Fətullayevin anasının doğma xalası oğludur.

Allah mehriban etsin.

Ana səhifəXəbərlərİqtidar-Müxalifət qohumluğu (infoqrafika)