Mənbə: google

İmrə Kalmanın əsəri Azərbaycan səhnəsində nümayiş olundu

Rus dilində təqdim edilən səhnə əsərinin süjet xəttinin əsasında sevgi hekayəsi dayanır

Akademik Musiqili Teatrında dünyaşöhrətli Macar bəstəkarı İmrə Kalmanın “Silva” tamaşası nümayiş olunub.

Rus dilində təqdim edilən səhnə əsərinin süjet xəttinin əsasında sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini özgəsi ilə nişanlandırmaq istəyirlər.

Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada iki gəncin sevgi uğrunda mübarizəsi başlayır.

Rollarda - əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış ediblər.

Tamaşa bu il XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunmuşdu.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3e9dqm

Ən çox baxılan