İmrə Kalmanın əsəri Azərbaycan səhnəsində nümayiş olundu

Rus dilində təqdim edilən səhnə əsərinin süjet xəttinin əsasında sevgi hekayəsi dayanır

Source: google


Rus dilində təqdim edilən səhnə əsərinin süjet xəttinin əsasında sevgi hekayəsi dayanır

Akademik Musiqili Teatrında dünyaşöhrətli Macar bəstəkarı İmrə Kalmanın “Silva” tamaşası nümayiş olunub.

Rus dilində təqdim edilən səhnə əsərinin süjet xəttinin əsasında sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini özgəsi ilə nişanlandırmaq istəyirlər.

Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada iki gəncin sevgi uğrunda mübarizəsi başlayır.

Rollarda – əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış ediblər.

Tamaşa bu il XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunmuşdu.

Ana səhifəMədəniyyətİmrə Kalmanın əsəri Azərbaycan səhnəsində nümayiş olundu