İlham Əliyev SOCAR-a yeni prezident təyin edib

Rövşən Nəcəf. Mənbə: SOCAR

Şirkətə Rövşən Nəcəf rəhbərlik edəcək

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti vəzifəsindən azad edilərək şirkətin prezidenti təyin olunub.

Bu barədə Prezident İlham Əliyev iyulun 21-də sərəncam imzalayıb.

1982-ci ildə Bakıda doğulan Rövşən Nəcəf Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

O, 2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində “İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti” üzrə magistr proqramını tamamlayıb.

R.Nəcəf 2019-cu ildə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib, 2 il sonra iqtisadiyyat nazirinin birinci müavini vəzifəsini daşıyıb.

2022-ci ilin fevralında isə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunub.

Evlidir, 2 övladı var.

Ondan əvvəl Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev olub.

Ana səhifəXəbərlərİlham Əliyev SOCAR-a yeni prezident təyin edib