İlham Əliyev Dövlət Xidmətinin rəhbərini vəzifəsindən azad edib

Azad Cəfərli. Foto: “Azərtac”

Səbinə Hacıyeva xidmətin yeni rəisi təyin olunub

Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakıda doğulub.

O, Əməkdar memardır. Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədridir.

Azad Cəfərli isə bu vəzifəyə 2021-ci il fevralın 22-də təyin edilmişdi.

Ana səhifəXəbərlərİlham Əliyev Dövlət Xidmətinin rəhbərini vəzifəsindən azad edib