İkinci Qarabağ müharibəsi haqqında filmə 1 milyon 700 min manat ayrılıb

Foto: Igor Dymov/Shutterstock

Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri də yekunlaşıb

İkinci Qarabağ müharibəsi haqqında çəkilən səkkiz seriyalı bədii filmin istehsal prosesinə başlanılıb. Filmi Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi çəkir.
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov serialla bağlı keçirilən brifinqdə bu haqda məlumat verib.

Deyib ki, şərti adı “Qarabağ Vətən müharibəsi” adlanacaq serialın çəkilişləri Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində aparılacaq.

O bildirib ki, serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıblar.

Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri də yekunlaşıb.
Serialın çəkilişlərinə 2023-cü ilin martına başlanılacaq. Səkkis hissəli serialın hər birinin xronometrajı bir saat olacaq.

Şöbə müdiri serialın büdcəsi haqqında danışıb. Deyib ki, bir bölümün büdcəsi 212 min dollardır.

Serialın çəkilməsi ilə bağlı məlumat 2022-ci ilin avqustunda Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmişdi.

Məlumatda bildirilirdi ki, sifariş Mədəniyyət Nazirliyi tərəfindən verilib və dövlət büdcəsindən layihəyə 1 milyon 700 min manat vəsait ayrılıb.

Nazirlikdən Meydan TV-yə bildirilmişdi ki, serial layihəsi bir mənbədən satınalma metodunu tətbiq edilməklə aparılıb.

“Çoxhissəli filmin istehsalı İqtisadiyyat Nazirliyi yanında İntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında, “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsinə əsasən bir mənbədən satınalma metodunu tətbiq etməklə və Nazirliklə sözügedən şirkət arasında layihənin icrası məqsədilə satınalma müqaviləsi bağlanılmaqla həyata keçirilməyə başlanıb”, – nazirliyin məlumatında deyilirdi.

Ana səhifəMədəniyyətİkinci Qarabağ müharibəsi haqqında filmə 1 milyon 700 min manat ayrılıb