Hüquq müdafiəçisi Rəsul Cəfərov saxlanılıb

O Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılib. Rəsul Cəfərov iyunun 31-də İstintaq İdarəsi daindirilməsi barədə öz facebook səhifəsində yazıb

Source:

Hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs edilməsi xəbəri yayılıb. İki gün öncə Rəsul Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib, daha sonra isə evində axtarış aparılıb. Rəsul Cəfərov hazırda da bu İdarədədir. Vəkil Xalid Bağırov onunla görüşmək üçün İstintaq İdarəsinə gedib.

Rəsul Cəfərov iyunun 31-də İstintaq İdarəsi daindirilməsi barədə öz facebook səhifəsində yazıb:

“Dostlar,

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində bu gün saat 10.00-dan 14.00-a dək bir sira yerli ve xarici QHT-lerə qarşı acilmiş cinayət işi üzrə şahid kimi dindirildim, butun suallara cavab vermişəm.

Bundan sonra menzildə axtarış aparıldı, axtardıqları heç bir sənəd mənzildə yox idi, bu baredə demişdim, amma axtarışı da apardılar ki, hər şeyi özləri görsun, axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan ğotürdüm və Baş Prokurorluğa təqdim etdim…

Her .ey qaydasındadır.

P.S. Bizim gizlədəcəyimiz heç nə yoxdur, maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub, açıq şəkildə hesabdan çıxarılıb, zəruri bütün maliyyə sənədlərimiz var, mütəmadi olaraq fəaliyyətimiz barədə məlumat veririk, fəaliyyətimiz müntəzəm və geniş şəkildə KIV-lər tərəfindən ışıqlandırılır, gördüyümüz işin nəticələri (hesabatlar, videoroliklər, multimedia məşhulları, sənədli film və s. sosial şəbəkələrdə geniş yayilir… Biz sırf hüquq müdafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik!!!”

Ana səhifəXəbərlərHüquq müdafiəçisi Rəsul Cəfərov saxlanılıb