Hindistanda keçirilən festivalda Azərbaycandan 3 film nümayiş olunub

Azərbaycan kinosu. Foto: natatravel/shutterstock

Festival dünyanın hər yerindən Asiya əsilli qadın rejissorları bir araya gətirir

Hindistanda keçirilən 18-ci IAWRT Asiya Qadın Filmləri Festivalı yekunlaşıb. Yeni Dehli şəhərində baş tutan festivalda müxtəlif janrlarda 60-dək film nümayiş etdirilib. Almaniya, İndoneziya, Pakistan, İran, Türkiyə, Flippin, Cənubi Koreya və digər ölkələrlə yanaşı Azərbaycandan da 3 sənədli film festivalda yer alıb. Bunlar “Çinarın kölgəsində” (Aynur Elgünəş), “Leylaxanım sanatoriyasının melodiyaları” (Leyla Qənbərli) və “15 yaşını qeyd edir” (Atanur Nəbiyeva) filmləridir. Hər üç sənədli filmin prodüseri Durna Səfərovadır.

Foto: “IAWRT Chapter India”

“IAWRT Chapter India” 2005-ci ildə ilk İdarəedici Qəyyum Jai Chandiramın rəhbərliyi altında fəaliyyətə başlayıb. “IAWRT Chapter India”nın vizyonu, dəyişən media mənzərəsinə kəskin diqqət yetirməklə yanaşı, qadın media praktiklərinin üzləşdiyi problemlərə dair perspektivlərin qurulmasına imkan vermək və qadın media praktikantları üçün qərəz, ayrı-seçkilik və sui-istifadədən azad məkanlar yaratmaq istiqamətində işləməkdir. IAWRT Asiya Qadın Filmləri Festivalı (AWFF) Beynəlxalq Qadınlar Günü ərəfəsində Dehlidə ümumi platformada dünyanın hər yerindən Asiya əsilli qadın rejissorları bir araya gətirir. Festival nümayişlərinin əsas proqramına paralel tədbirlər kimi seminarlar, ustad dərsləri və sərgilər kimi silsilə tədbirlər təşkil olunur.

Ana səhifəMədəniyyətHindistanda keçirilən festivalda Azərbaycandan 3 film nümayiş olunub