Gürcüstanda hakim partiyanın namizədi qalib gəldi

Salome Zurabişvili 59,52 faiz səs qazanıb

Source:


Salome Zurabişvili 59,52 faiz səs qazanıb


Gürcüstan seçki məntəqələri

ndə bütün səslər sayılıb və məlum olub ki, hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili 59,52 faiz səs qazanıb. Müxalifyönlü Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40 faiz səs toplayıb.

Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili seçicilərə təşəkkürünü bildirib:

“Seçim sülh və bütöv Gürcüstan naminə edilib. Eyni zamanda, bu seçim bizə səs verməyən və bizim ideyaları bölüşməyənlərlə bir dialoqdur”.

Yerli media yazır ki, azərbaycanlıların yaşadığı Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib.

Qardabani rayonunda 63 seçki məntəqəsində S.Zurabişvili 55,08%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 44,92% səs qazanıb.

Marneuli rayonunda 90 seçki məntəqəsində seçicilərin 58,08%-i S.Zurabişvili, 41,92%-i isə Q.Vaşadzeni dəstəkləyib.

Bolnisi rayonunda 62 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, S.Zurabişvili 64,12%, Q.Vaşadze isə 35,88% səs toplayıb.

Dmanisi rayonunda isə 50 seçki məntəqəsində seçicilərin 67,2%-i S.Zurabişvili, 32,8%-i isə Q.Vaşadzeyə səs verib.


Gürcüstan

da prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçirilib.


Xatırlatma

Hakim partiyanın namizədi Salome Zurabişvili 1952-ci ildə Fransada mühacir gürcü ailəsində doğulub.

Babası 1918-1920-ci illərdə Gürcüstan Respublikasının ilk hökümətinin tərkibində nazir olub. Bolşevik Rusiyasının işğalından sonra Parisə mühacirət edib.

S.Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, bir il sonra Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirib.

O, 1970-2000-ci illərdə Fransa Xarici İşlər Nazirliyində diplomat kimi çalışıb.

2003-cü ildə Fransanın Gürcüstanda səfiri olub. Ancaq Mixail Saakaşvili hakimiyyətə gələndən sonra onu xarici işlər naziri təyin edib. Onun Rusiya ordusunun Gürcüstandan çıxarılması barədə verdiyi qərar tarixi hesab olunur.

Ana səhifəDünyaGürcüstanda hakim partiyanın namizədi qalib gəldi