Filip Riker: Sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir

F.Riker insan hüquqları və əsas azadlıqlar, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media məsələlərinin vacibliyinə toxunaraq deyib ki, İlham Əliyevlə bunları da müzakirə edib.

Source: Specify Source


"Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq"

"İyunun 8-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə ABŞ-ın prioritet hesab etdiyi mövzular üzrə danışıqlar aparılıb: energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik".

Bu fikirləri ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirdiyi mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir.

Regionda vəziyyətə toxunan F.Riker Vaşinqtonun Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətdən, gərginliyin artmasından və erməni hərbçilərin əsir düşməsindən narahatlığını ifadə edib.

O, minaya düşən azərbaycanlı jurnalistlərin də həlak olmasını kədərli hadisə adlandırıb.

“Ermənistanla Azərbaycan arasında münaqişədə çox həyat itirilib və yeni eskalasiyanın mümkünlüyündən çox narahatlıq yaradır. Odur ki, hər iki tərəfi sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə, qoşunları sərhəddən çıxarmağa, minaların xəritələrini verməyə çağırırıq", – Riker qeyd edib.

ABŞ rəsmisi deyib ki, Vaşinqton tərəfləri münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez obyektiv danışıqlara başlamağa çağırır:

"ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır".

F.Riker insan hüquqları və əsas azadlıqlar, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media məsələlərinin vacibliyinə toxunaraq deyib ki, İlham Əliyevlə bunları da müzakirə edib.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır: "Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq".

"Turan"İA-nın "Minsk Qrupu mövcuddur ya yox? Prezident Əliyev deyib ki, münaqişə həll olunub və Minsk Qrupu işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər. Hazırda regionda məsələləri Rusiya, Türkiyə və Azərbaycan həll edirlər. ABŞ-ın oyundan kənar qalması fikri ilə razısınızmı" sualına ABŞ rəsmisi cavab verib ki, dövlət katibi Blinken və prezident Bayden çox aydın şəkildə bildiriblər ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir: ABŞ həmçinin bu səyləri Minsk Qrupunun digər üzvləri – Rusiya və Fransa ilə birlikdə davam etdirmək niyyətindədir".

ABŞ regionda Türkiyənin rolunun güclənməsinə necə yanaşır sualına gəlincə, Riker deyib ki, Ankara Vaşinqtonun müttəfiqidir və iki ölkənin əməkdaşlıq məsələləri Bayden və Ərdoğanın qarşıdakı görüşündə diqqət mərkəzində olacaq: "Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik".

Ana səhifəSiyasətFilip Riker: Sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir