“Eurovision”

Mənbə: Foto: Meydan TV

Başlıq: “Eurovision”

“Eurovision” müsabiqəsi koronavirusa görə təxirə salına bilər

Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək

Bu ilin mayında Niderlandın ikinci böyük şəhəri Rotterdamda keçiriləcək “Eurovision” müsabiqəsi koronavirusa görə təxirə salına bilər.

Avropa Yayım Birliyinin (AYB) mətbuat xidmətinin nümayəndəsi Deyv Qudman təşkilatçıların koronavirusun Avropada yayılmasını ciddi nəzarətdə saxladıqlarını deyib. Söyləyib ki, təşkilatçılar prosesin monitorinqini davamlı şəkildə edirlər.

“Eurovision 2020” bu ilin mayında Rotterdamda yerləşən“Ahoy” konsert zalında keçiriləcək. Müsabiqənin yarımfinalları 12 və 14 may tarixlərində, finalı isə 16 mayda olacaq.

Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək. 35 ölkədən olan artistlər yarımfinallarda finala keçmək uğrunda mübarizə aparacaqlar. Finala “Böyük beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ötən ilki qalibi, “Eurovison – 2020”yə ev sahibliyi edəcək Niderland keçəcək.

Azərbaycan təmsilçisi I yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Beləliklə, birinci yarımfinalda (12 may) 17 ölkədən olan sənətçilər səhnə alacaq: Şimali Makedoniya, Belarus, Litva, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika.

İkinci yarımfinalda (14 may) 18 ölkədən olan artistlər çıxış edəcək: Avstriya, Moldova, Polşa, San-Marino, Serbiya, İslandiya, Çexiya, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya.

Hər yarımfinalda tamaşaçı və münsiflərin səsverməsi nəticəsində 10 ölkə mayın 16-da keçiriləcək finala vəsiqə qazanacaq. Finalda ümumilikdə 26 ölkə təmsil olunacaq.

Müsabiqədə Azərbaycanı Samirə Əfəndi təmsil edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zn3g3u

Ən çox baxılan