Ermənistan parlamenti ölkədə hərbi vəziyyəti ləğv edib

Nikol Paşinyan az əvvəl iyunun 20-si səsvermənin keçiriləcəyini deyib

Source: Sputnik


Nikol Paşinyan az əvvəl iyunun 20-si səsvermənin keçiriləcəyini deyib

Ermənistan parlamenti ötən il Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar səbəbi ilə ölkədə tətbiq edilmiş hərbi vəziyyəti ləğv edib. Milli Məclisin iclası “YouTube”  vasitəsilə yayınlanıb.

“Novaya qazeta” yazır ki, Ermənistanın Nazirlər Kabineti 2020-ci il sentyabrın 23-ü ölkədə hərbi vəziyyət tətbiq etmiş və ümumi səfərbərlik elan etmişdi. Ermənistan qanunvericiliyinə əsasən, parlament seçkiləri hərbi vəziyyət şəraitində keçirilə bilməz. Onun baş tutması üçün səsvermədən 30-45 gün əvvəl hazırkı parlamenti buraxmaq lazımdır. Nikol Paşinyan az əvvəl iyunun 20-si səsvermənin keçiriləcəyini anons edib. O, parlamentə növbədənkənar seçkiləri “yaranmış daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu” adlandırıb. Martın 23-ü Baş nazirlə ölkə prezidenti Armen Sarkisyan arasındakı danışıqlar zamanı azad və ədalətli seçkilərin keçirilməsi üzrə addımların atılmasının zəruriliyi qeyd olunub. Həmçinin konstitusiya və qanunverici bazanın təkmilləşdirilməsi yolu da nəzərə çatdırılıb, – bu barədə prezidentin saytında xəbər verilib.

Ermənistanda daxili siyasi vəziyyət Moskva, Yerevan və Bakı arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılaşma imzalandıqdan sonra kəskinləşib. Razılaşma əldə edildikdən sonra müxalifət Nikol Paşinyanı kapitulyasiyada günahlandırıb, Ermənistanın paytaxtında isə etirazlar başlayıb. Daha bir münaqişə fevralın sonunda hərbçilər Baş nazirin və hökumətin istefasını tələb etdikdən sonra yaranıb. Hərbçilərin tələbinə səbəb Baş qərargahın rəis müavini Tiran Xaçatryanın işdən çıxarılması olub. Belə ki o, Paşinyanı Rusiya istehsalı olan “İskəndər”lərin keyfiyyəti ilə bağlı dediklərinə görə tənqid edib. Paşinyan öz növbəsində hərbçilərin tələbini çevriliş cəhdi adlandırıb.

Ana səhifəSiyasətErmənistan parlamenti ölkədə hərbi vəziyyəti ləğv edib