Ermənistan Müdafiə Nazirliyi: Atəşkəs pozulub, bir erməni hərbçisi ölüb (yenilənib)

Müdafiə Nazirliyi hazırda sakitlik yarandığını bildirib.

Source: https://armeniatoday.news/


18.39.


"Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb".


Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin rəsmi



açıqlama



sında əksini tapıb.


"Mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb. Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur", – nazirlik belə deyir.


Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır.

***

Mayın 25-də saat 14.00 radələrində Azərbaycan-Ermənistan sərhədində, Geğarkunik vilayəti ərazisində atışma baş verib.

Ermənistan Müdafiə Nazirliyinin

məlumat

ına görə, atışma nəticəsində 1989-cu il təvəllüdlü kiçik serjant V. Xurşudyan ölümcül yaralansa da, sonradan ölüb.

Nazirlik iddia edir ki, atəşkəsi Azərbaycan hərbçiləri pozub: "Ermənistanın Azərbaycanla həmsərhəd Geğarkunik vilayətində Verin Şorja kəndi yaxınlığında Ermənistan mövqeləri Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulub".

Müdafiə Nazirliyi hazırda sakitlik yarandığını bildirib.

Meydan TV Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Vaqif Dərgahlı ilə əlaqə saxlamağa cəhd etsə də, o, telefon zənglərinə cavab verməyib.

Ana səhifəSiyasətErmənistan Müdafiə Nazirliyi: Atəşkəs pozulub, bir erməni hərbçisi ölüb (yenilənib)