Əməkdar artist Avropada konsert verib

Foto: Felix Zimmerman

İsfar Sarabski “Planet” albomuna dəstək məqsədilə çıxış edib

Əməkdar artist, pianoçu İsfar Sarabski “Planet” albomuna dəstək məqsədilə Avropada konsert turu ilə çıxış edib.

Bəstəkarın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, oktyabrın 15-dən başlayan turne noyabrın 10-da yekunlaşıb.

Bu müddət ərzində musiqiçi yeddi ölkədə on altı konsert verib.

İsfar Sarabskinin tur çərçivəsində çıxışını alman milli radiosu “NDR” (Norddeutscher Rundfunk) lentə alıb.
Sarabski həmçinin Fransanın “TSF Jazz” radio kanalına dəvət alaraq, müsahibə verib, dinləyicilər üçün bir neçə kompozisiya səsləndirib.

“Planet” albomu “Warner Music Group” musiqi şirkəti tərəfindən yazılıb. İsfar Sarabski bu şirkətlə müqaviləsi olan ilk azərbaycanlı musiqiçidir.

Şirkət nümayəndələri festivallardan birində bəstəkarın “Qarabağ atları” (“Horses of Karabakh”) kompazisiyasını eşidib bəyəndikdən sonra işbirliyinə razılıq veriblər.

“Warner Music Group” səsyazma studiyasının siyahısında Areta Franklin, Edit Piaf, “The Doors”, Bred Mehldau, Neil Yanq, Michael Buble, Phil Collins, Avishai Cohen, David Guetta, JAZ-Z, Muse, “Deep Purple”, “Bee Gees”, Devid Boui, Alis Kuper, Erik Klepton, “Blur”, “Liam Gallagher”, “Daft Punk”, “Gorillaz”, “Green Day”, Bruno Mars və yüzlərlə digər tanınmış adlar var.

Ana səhifəMədəniyyətƏməkdar artist Avropada konsert verib