Elman Rüstəmov federasiya prezidenti vəzifəsindən getdi

Elman Rüstəçov, Foto: Azərtac

Onun yerinə I vitse-prezident Mahir Məmmədov seçilib

Elman Rüstəmov noyabrın 26-da Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.
Bu barədə Gənclər və İdman Nazirliyində Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransında bildirilib.

2007-ci ildən prezident funksiyasını yerinə yetirən Elman Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini konfransda açıqlayıb.

Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, qurumun vitse-prezidenti Mahir Məmmədov 4 il müddətinə prezident seçilib.

Mahir Məmmədov, Foto: Report.az

“Faiq Həsənov isə I vitse-prezident seçildi. Eyni zamanda, Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv kimi namizəd göstərildi və səsvermə ilə qəbul olundu”, – deyə açıqlamada bildirilir.

Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.

Ana səhifəSosialElman Rüstəmov federasiya prezidenti vəzifəsindən getdi