Elman Rüstəmov daha 5 il müddətinə AMB-nin sədri olacaq

Source:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri postuna yenidən 63 yaşlı Elman Rüstəmovun namizədliyi irəli sürülüb.

Dövlət başçısı müvafiq təqdimatı parlamentə təqdim edib və aprelin 3-də baxılacaq.

Bu barədə deputat Vahid Əhmədov bildirib.

E.Rüstəmov bu yaxınlarda milli valyutanın devalvasiyasında mühüm rol oynayıb. Belə ki, bir günün içində manat dollar və avroya nisbətdə 33,5 faiz devalvasiya edilib.

Lakin E.Rüstəmov bu ərəfədə hamını əmin edirdi ki, devalvasiya olmayacaq, manatın ucuzlaşması prosesi tədricən ilin sonunadək 10%-i keçmədən baş verəcək.

E.Rüstəmov bu vəzifəyə ilk dəfə 1995-ci idə təyin edilib.

Ana səhifəXəbərlərElman Rüstəmov daha 5 il müddətinə AMB-nin sədri olacaq