Elman Rüstəmov banklara dollarla götürülən kreditlərlə bağlı tövsiyyələr edib

“Banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm”

Source:


“B


anklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm”

“Bankdan kredit hansı valyuta ilə götürülübsə, onunla da qaytarılmalıdır”, – bu sözləri martın 31-də Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bununla yanaşı kommersiya banklarına tövsiyələr də edib: “Tövsiyə edirdim ki, banklar öz kreditlərini restrukturizasiya etsinlər və vaxtını uzatsınlar. Əgər banklar bu addımları atmasalar, onda problemli kreditlərin həcmi artacaq. Buna görə, banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm. Bu gün banklar 15-20 faizlə kredit verirlər. Burada kifayət qədər gəlirlik var”.

Milli Bank rəhbəri banklara faiz dərəcələrini aşağı salmağı da tövsiyə edib: “Bu, bankların özlərinə sərf edəcək və bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın dollar ilə götürlən kreditlərə faiz güzəştlərin tətbiq edilməsi üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac olduğunu deyir:

“Əvvəlla, Mərkəzi Bank belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyyə məktubu göndərməsinə ehtiyac var. Baş bankın idarə heyətini göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyyə olunduğu bildirilməlidir; İkincisi, tövsiyyə məktubunda kreditlər üzrə tövsiyyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügüdən kredit üzrə 9.3 faiz güşət tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər”.

Ekspert bildirir ki, bütövlükdə, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyili yumşalmasına səbəb ola bilər: “Bununla dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlması mümkündür”.

Ana səhifəXəbərlərElman Rüstəmov banklara dollarla götürülən kreditlərlə bağlı tövsiyyələr edib