Elman Rüstəmov: “2016-cı ilin büdcəsində neft 50 dollardan hesablanacaq”

“Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir”

Source:

“Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri


Elman Rüstəmov


 bildirib.

E. Rüstəmovun sözlərinə görə, Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə tam hazır deyil: “Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil. Tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: “Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik

“Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiyməti kəskin düşəcəyi halda manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır”, – Elman Rüstəmov bildirib.

Elman Rüstəmov qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq.

Bu il dövlət büdcəsində bir barel neftin qiyməti 90 dollar nəzərdə tutulub.

Ana səhifəXəbərlərElman Rüstəmov: “2016-cı ilin büdcəsində neft 50 dollardan hesablanacaq”