Əbülfəz Qurbanlı AXCP-dən istefa verdi

Keçmiş cəbhəçi Meydan TV-yə istefasının səbəbləri barədə danışmayacağını dedi

Source:


Keçmiş cəbhəçi Meydan TV-yə istefasının səbəbləri barədə danışmayacağını dedi

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib. Bu barədə sabiq partiya üzvü Facebook səhifəsində yazıb.

“Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.

Facebook-dakı müzakirələrdə Ə.Qurbanlının bəyanatının ona aid olmadığı və profilinin oğurlandığı barədə deyilənləri nəzərə alaraq Meydan TV onunla əlaqə saxlayıb. Ə.Qurbanlı istefa verdiyini təsdiqləyib, amma səbəbləri barədə danışmaq istəmədiyini söyləyib.

Ana səhifəXəbərlərƏbülfəz Qurbanlı AXCP-dən istefa verdi