”Döşəyindən balta çıxara bilməsələr, atam martda azad olunmalıdır”

Yanvarın 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü Məmməd İbrahimə Suraxanı rayon məhkəməsində yenidən hökm oxundu.

Məmməd İbrahim 2015-ci ilin sentyabrın 30-da həbs olunub. O, 221.2.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Ötən ilin sentyabrında azadlığa çıxmasına 2 gün qalmış barəsində yenidən cinayət işi açılıb. O, həbs yerində qadağan olunmuş əşya saxlamaqda günahlandırılır.

AXCP funksioneri ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.

Ana səhifəVideo”Döşəyindən balta çıxara bilməsələr, atam martda azad olunmalıdır”