DİN rəsmisi Günel Həsənlinin müraciətindən xəbərsiz olduqlarını deyir

Günel Həsənli müraciətində ona qarşı əməliyyat quran şəxslər və qurumlar barəsində araşdırma aparılmasını istəyib.

Source:


Cəmil Həsənlinin qızı ölkədəki güc strukturlarına müraciət edib

“Daxili İşlər Nazirliyi Günel Həsənlinin müraciətindən xəbərsizdir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə belə deyib.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənli Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Yasamal, Xətai rayonlarının prokurorluğuna və polis idarələrinə iki həftə əvvəl müraciət edib.

Günel Həsənli müraciətində ona qarşı əməliyyat quran şəxslər və qurumlar barəsində araşdırma aparılmasını istəyib.

Aprelin 3-də Günel Həsənli vəkili ilə birgə Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinə ərizə təqdim edib, ondan izahat alınıb.

Aprelin 7-dən isə ona hadisənin Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi İlqar adlı tədqiqatçı tərəfindən araşdırıldığı deyilib.

Martın sonunda Günel Həsənliyə qarşı təxribat törədilib, onun intim görüntüləri sosial şəbəkələrdə

yayılıb

.

Ana səhifəSiyasətDİN rəsmisi Günel Həsənlinin müraciətindən xəbərsiz olduqlarını deyir