Detonator partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb 

Foto: Arxiv

Anar Piriyevin həyati təhlükəsi olmadığı bildirilir

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb. Nəticədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 24 yaşlı Anar Mürşüd oğlu Piriyev xəsarət alıb.

ANAMA-nın mətbuat xidmətinin məlumatına görə, o, xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçikölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Anar Piriyev xəstəxanaya çatdırılıb, həyati təhlükəsinin olmadığı bildirilir.

Ana səhifəBölgəDetonator partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb