COVID-19 əleyhinə peyvəndlər üzrə bələdçi

Onlardan hər birinin üstünlükləri və çatışmazlıqları

Source: Meydan TV

Məqalə

Hromadske

saytında dərc olunub.

Onlardan hər birinin üstünlükləri və çatışmazlıqları

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada COVID-19-a qarşı 230-dan çox peyvənd emalın müxtəlif mərhələlərindən keçir. 2021-ci il fevralın 2-dək onların 63-ü kliniki tədqiqatların (insanlar üzərində sınaqların), 175-i isə preklinik sınaqların (heyvanlar üzərində) müxtəlif fazalarından keçir. Üç peyvənd müxtəlif ölkələrin nüfuzlu tənzimləyici orqanlarından tətbiq üçün icazə alıb, hərçənd onların tədqiqatı davam edir. “Hromadske” artıq tətbiq edilən və ya yaxın gələcəkdə razılıq almaq şansına malik peyvəndlər barədə əsas məlumatları araşrırıb. Məqalə yazıldığı anda onlardan heç biri Ukraynada qanuni olaraq tətbiq edilməyib.



Pfizer” və “BioNTech” peyvəndləri

Rəsmi adları: “Tozinameran” və ya BNT162b2.

Hazırlayan: Amerikanın əczaçı nəhəngi “Pfizer”-lə birgə alman biotexnoloji şirkəti “BioNTech”.

Təsir prinsipi. Peyvəndin əsasını təşkil edən texnologiya artıq bir neçə onillikdir ki hazırlanır, lakin əvvəllər heç vaxt heç bir razılaşdırılmış peyvənddə tətbiq edilməyib. Onun əsas komponenti matrisa RNT-nin molekuludur. Bu molekula antigen – SARS CoV-2 virusunun zülalı haqda informasiya yazılıb ki, bu da COVID-19-un törədicisidir. Adıçəkilən molekul insan hüceyrələrinin içinə düşəndə orda bu zülal sintez olunur, bizim orqamizmimizsə ona immun cavab verir. Bu cür peyvəndləri RNT-peyvənd adlandırırlar.

Peyvəndin əsas çatışmazlıqlarından biri məhz bu texnologiyanın tətbiqi ilə bağlıdır: köhnə texnologiyalarla yaradılmış bir çox digərlərindən fərqli olaraq, onu -70C-də saxlamaq lazımdır. Bunun üçünsə, şübhəsiz ki, xüsusi təchizat tələb olunur.

Kimə və necə yeridilir? Hazırda peyvənddən 16 yaşdan yuxarı adamlar istifadə edə bilər, azyaşlılar üzərində sınaqlarsa davam edir.

Peyvəndi üç həftə ara ilə iki doza yeritmək lazımdır.

Effekti. İstehsalçının məlumatlarına görə, ilk dozadan sonra peyvəndin effekti 95%-dir. Bu, müxtəlif xəstəliklərə qarşı digər peyvəndlərlə müqayisədə yaxşı göstəricidir. Bir çox digər peyvənd növü kimi, o da hətta nəzəri qoruduğu xəstəliyə (hazırda COVID-19-a) səbəb ola bilməz, belə ki, tərkibində virus hissəcikləri yoxdur və onlardan peyvəndin istehsal prosesində istifadə olunmur. Bundan başqa, o, hətta nəzəri olaraq insan geninə təsir edə bilməz.

Mümkün yan təsirlər. Klinik sınaqlarda əvvəllər digər peyvəndlərə güclü allergik reaksiyaları müşahidə olunan adamlar iştirak etməyib. Pfizer/BioNTech peyvəndinin klinik tədqiqatları zamanı bu cür reaksiyalar olmayıb, lakin sınaqdan kənar tətbiq zamanı müşahidə edilib. İstehsalçı bütün bu halları araşdırır və qeyd edir ki, peyvənd etmə zamanı belə bir hallar meydana çıxdığı halda təcili yardım göstərilməsi üçün şərait yaradılmalıdır (bu qayda digər peyvəndlərə də aiddir).

Peyvənd hamilələr üzərində sınaqdan keçirilməyib, odur ki, onun gələcək ana və onun övladı üçün təhlükəsiz olub-olmaması barədə yetərli məlumat yoxdur. Lakin istehsalçı yaxın gələcəkdə bu cür tədqiqata başlamaq istəyir.

Hansı ölkələr istifadə edir? Bu, ABŞ-da fövqəladə icazə ilə tətbiq edilən ilk peyvənddir (Emergency Use Authorization, EUA). Bu, o deməkdir ki, epidemiya ilə bağlı vəziyyətin ciddiliyi nəzərə alınmaqla, ona sürətləndirilmiş prosedurla “yaşıl işıq” yandırılıb. O, həmçinin Aİ və Böyük Britaniyada tətbiq edilir. 2021-ci ildə Pfizer cəmi 1,3 milyard doza peyvənd hazırlaya bilər.

Ukraynada peyda olacaqmı? Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bəyan edib ki, artıq bu ilin fevralında ölkə Pfizer/BioNTech-dən 117 min doza peyvənd alacaq. Onlar COVID-19 xəstələrinə yardım göstərən xəstəxanaların işçiləri arasında bölüşdürüləcək.

image_from_ios (13).jpg
Koronavirus


Moderna şirkətinin peyvəndi

Rəsmi adı: mRNA-1273

Hazırlayan: Amerikanın Moderna şirkəti

Təsir prinsipi. RNT peyvəndi kimi, bir çox şeydə Pfizer/BioNTech-in peyvəndinə bənzəyir.

Kimə və necə yeridilir? O 18 yaşlı və ondan yuxarı yaşlılar üçün nəzərdə tutulub.

Preparat bir ay ara ilə əzələdaxili iki dəfə vurulur.

Effekti. İlk dozadan sonra effekti 92%-dir.

Mümkün yan təsirlər. İlk dozaya güclü allergik reaksiyası olan, ya da peyvəndin istənilən komponentinə oxşar reaksiya verən adamlara əks-göstərişdir. Onun tərkibinə RNT-m molekulundan savayı, lipidlər, polietilenqlikol, natrium asetat və bəzi digər köməkçi maddələr daxildir. Hamilələr COVID-19-a qarşı peyvənd olunmaq istədikləri halda öz həkimi ilə məsləhətləşməlidirlər.

İstehsalçı qeyd edir ki, peyvənd edildikdən sonra bir sıra yan təsirlər meydana çıxa bilər. Bunlar iynənin yerinin ağrıması, şişməsi və qızarması, yorğunluq, baş ağrısı, titrətmə və oynaq ağrısı ola bilər. Belə bir ehtimal da var ki, peyvənd edildikdən sonra bir saat ərzində güclü allergik reaksiya ola bilər. Bu, özünü çətin nəfəs alma, ürəkdə güclü döyüntü və üzlə boğazın şişməsi kimi göstərə bilər. Belə hallarda təcili həkimi müraciət etmək lazımdır. Yeri gəlmişkən, oxşar ehtiyat tədbirləri tərkibinə hansı texnologiyaların qoyulmasından və onların hansı xəstəlikdən qorumasından asılı olmayaraq, digər peyvəndlərə də aiddir.

Hansı ölkələr istifadə edir? Onu hələ ki, Amerikanın tənzimləyicisi FDA (Food and Drug Administration) təqdir etməyib. Lakin o, ABŞ-da fövqəladə tətbiq icazəsi çərçivəsində (EUA) tətbiq edilir. Üstəlik Aİ, Böyük Britaniya və Kanada da onun tətbiqinə icazə verib.

Ukraynada peyda olacaqmı? Maksim Stepanovun bəyan etdiyi kimi, Moderna şirkəti Ukraynanın peyvənd almaqla bağlı danışıqlar apardığı istehsalçılardan biridir. Lakin onun bizim vətəndaşlar üçün əlçatan olub-olmaması barədə dəqiq məlumat yoxdur.



AstraZeneca” peyvəndi

Rəsmi adı: AZD1222

Hazırlayan: Oksford univeritetinin tədqiqatçıları ilə birgə AstraZeneca İsveç-Britaniya şirkəti.

Təsir prinsipi. “Pfizer/BioNTech” və “Moderna” şirkətlərinin hazırladıqları RNT-peyvəndlərdən fərqli olaraq, bu, vektor peyvənddir. “Vektor” insan orqanizminə zərər verməyən virusdur. Onun vəzifəsi hüceyrəyə xəstəliktörədici geni çatdırmaqdır. İmmunitet məhz bu virusa qarşı işə düşür.

“AstraZeneca” speyvəndində vektor kimi meyun adenovirusundan istifadə olunur ki, bu da insan orqanizmi üçün heç bir təhlükə yaratmır. Belə ki, o, insan orqanizminin hüceyrələrinə elə bir gen çatdırır ki, həmin genin tərkibinə SARS-CoV-2 “çıxıntı”sının zülalı kodlaşdırılıb. Hüceyrə bu zülalı sintez edir və insan orqanizmi immun cavab hazırlayır.

Artıq tətbiq edilmiş RNT-peyvəndlərlə müqayisədə AstraZeneca-nın üstünlüklərindən biri onun 2-8C-də uzun müddət qala bilməsidir.

Kimə və necə yeridilir? Bəzi ölkələrdə peyvəndin istifadə olunmasına rəğmən, onu 55 yaşından yuxarı adamlara tövsiyə etmirlər. Bu, həmin yaş qrupu üçün peyvəndin effektli olması barədə kifayət qədər məlumatın olmaması ilə bağlıdır. Preparatı bir ay ara ilə əzələdaxili iki dəfə yeridirlər.

Effekti. Ötən il noyabrın sonunda “AstraZeneca” AZD1222 klinik tədqiqatların üçüncü fazasının müsbət nəticələri barədə xəbər verdi. Braziliyada və Böyük Britaniyada 23 mindən artıq adam bu preparatla peyvənd olunub. Peyvəndi müxtəlif sxemlərlə sınaqdan keçiriblər, odur ki, orta effekt də fərqli olub. Ən yaxşı nəticə iştirakçıların əvvlcə yarım doza, bir aydan sonra isə bütöv dozada peyvənd edildikləri qrupda olub (90%). Bir ay ara ilə iki tam doza alanlarda peyvəndin effekti cəmi 62% təşkil edib. Bu məqamda onu xatırlatmaq lazımdır ki, bir il öncə Amerikanın tənzimləyicisi FDA gələcək peyvəndlər üçün 50% effekt plankası müəyyən edib. Bu il fevralın əvvəlində isə “AstraZeneca” öz peyvəndinin klinik tədqiqatlarının yeni nəticələri barədə məlumat yayıb. Artıq ilk dozadan sonra peyvəndin effekti 76%-dir, üç ay sonra vurulan ikinci dozadan sonra isə bu göstərici 82%-ə qalxıb. İstehsalçı təsdiqləyir ki, sınaq zamanı heç bir ciddi yan təsir qeyd edilməyib.

Hansı ölkələr istifadə edir? Peyvəndin tətbiqinə Böyük Britaniya və Aİ-də icazə verilib. Bundan başqa, peyvəndin istifadəsinə Braziliya, Hindistan və Latın Amerikası ilə Asiyanın bir neçə ölkəsi razılıq verib.

Şirkət cari ildə 3 milyard dozayadək peyvənd istehsal edə biləcəyini bəyan edib.

Ukraynada peyda olacaqmı? Prezident ofisinin mətbuat xidmətinin məlmatına görə, artıq fevral ayından Ukraynaya “AstraZeneka” peyvəndlərinin ilk tədarükü başlayacaq. Vladimir Zelenski şəxsən digər peyvəndlərlə yanaşı bu peyvəndi də alacaqlarını təsdiqləyib.

2021-02-09T114701Z_572911131_RC2ZOL9YXQG1_RTRMADP_3_HEALTH-CORONAVIRUS-ISRAEL.JPG
Tibb işçisi xarici vətəndaşların, o cümlədən işçi mühacirlərin yaşadıqları rayonda açılmış mərkəzdə koronavirus xəstəliyinə (COVID-19) qarşı peyvənd edir. Tel-Əviv, İsrail, 9 fevral 2021-ci il

Tibb işçisi xarici vətəndaşların, o cümlədən işçi mühacirlərin yaşadıqları rayonda açılmış mərkəzdə koronavirus xəstəliyinə (COVID-19) qarşı peyvənd edir. Tel-Əviv, İsrail, 9 fevral 2021-ci il



Peyk V”

Rəsmi adı: Qam-KOVİD-Vak

Hazırlayan: Rusiyanın N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiys tədqiqat mərkəzi.

Təsir prinsipi. “AstraZeneca” peyvəndinə bənzəyir. Lakin burda “vektor” qismində adenovirusun digər növü – meymun deyil, insan növü istifadə olunur.

Kimə və necə yeridilir? 18 yaşından yuxarı şəxslərə. Preparatı üç həftə ara ilə əzələdaxili iki dəfə yeridirlər. Peyvəndi xroniki qaraciyər və böyrək, üstəlik bir neçə digər xəstəlikdən əziyyət çəkənlərə ehtiyatla təyin edirlər.

Effekti. Rusiya peyvəndinin effektli olub-olmaması ilə bağlı xeyli mübahisə mövcuddur. Rusiyada onu hələ ötən ilin avqust ayında qeydiyyatdan keçiriblər, ABŞ-da “Pfizer/BioNTech” və “Moderna” peyvəndləri tətbiq edilməzdən bir neçə ay əvvəl. Peşəkar çevrələrdə onun klinik slnaqlarının nəticələrinı münasibətdə xeyli sual meydana çıxıb. Lakin bu il fevralın 2-də nüfuzlu elmi jurnal olan “The Lancet” “Peyk V”-nin klinik tədqiqatlarının üçüncü fazasının nəticələrini dərc edib. Təxminən 20 min könüllünün peyvənd olunması onu göstərib ki, preparatın effekti 92% təşkil edir. Bu, effektinə görə “Pfizer/BioNTech” və “Moderna” peyvəndlərinə, demək olar ki, bərabərdir.

Klinik tədqiqatlar zamanı plasebo deyil, əsl peyvənd alan iştirakçıların az hissəsi COVID-19-a yoluxsa da, onların heç birində xəstəlik ağır formada keçməyib.

Peyvənd həmçinin 60 yaşlı və ondan da yuxarı yaşlı adamlarda öz effektini göstərib. Lakin onu həddi-büluğa çatmayanlarda, hamilələrdə və körpəsini əmizdirən analarda sınaqdan keçirməyiblər. Odur ki, preparatın bu qrupa necə təsir etməsi barədə məlumat yoxdur.

Mümkün yan təsirlər. Peyvəndlə bağlı hər hansı bir həyati təhlükəli reaksiyalar qeyd edilməyib.

Hansı ölkələr istifadə edir? Onlarla ölkə Rusiya peyvəndini almağa maraq göstərib. Belarus və bir sıra digər ölkələrsə artıq onun tətbiqinə başlayıb.

Ukraynada peyda olacaqmı? Rusiya peyvəndinə münasibətdə siyasi amil əhəmiyyətli rol oynayır. Rusiya üçün vaksin uğrunda yarışı udmaq və bu qələbədən digər ölkələrə təsir üçün istifadə etmək çox mühümdür. Ukraynada, məsələn, Rusiya peyvəndinin alınması məsələsini məhz Moskvayönlü siyasətçilər önə çəkib. Vladimir Zelenski öz çıxışında Ukraynanın “Peyk V” preparatını alması ehtimalını rədd edib. Onun sözlərinə görə, “preparatın effektli olması barədə heç bir məlumat yoxdur”, “Ukrayna vətəndaşları isə üzərində eksperiment aparılacaq dovşanlar deyil”.

image_from_ios (12).jpg
Koronavirus



Novavax” peyvəndi

Rəsmi adı: NVX-CoV2373

Hazırlayan: Amerikanın “Novavax” şirkəti

Təsir prinsipi. Peyvəndin əsas komponenti koronavirusun səthindəki spayk-proteindir, onu həşəratların hüceyrələrində hazırlayırlar. Bu isə o deməkdir ki, o, insanda COVID-19 doğura bilməz. Üstəlik burda adyuvantdan istifadə olunur. O, immun cavabı gücləndirir və yüksək dərəcədə antitelin hazırlanmasına təkan verir. Belə peyvəndi 2-8 C-də saxlamaq olur ki, bu da onu RNT-peyvəndlərdən yaxşı mənada fərqləndirir.

Kimə və necə yeridilir? Bu peyvəndi uşaqların üzərində sınaqdan keçirməyiblər, odur ki, hazırda onlar üçün təyin olunmayıb.

Əzələdaxili iki doza ilə yeridilir.

Effekti. “Novavax” yanvarın sonunda Böyük Britaniyada keçirilən klinik tədqiqatların üçüncü fazasının nəticələrini dərc edib. Onlar peyvəndin effektinin 89,3% olduğunu göstərib. Bu, “Pfizer” və “Moderna” peyvəndlərinin göstəricilərindən o qədər də aşağı deyil, lakin istehsalçı qeyd edir ki, peyvənd virusun Britaniya, həmçinin Cənubi Afrika ştammına qarşı yaxşı effekt göstərib (CAR-da bu peyvənd sınaqların erkən mərhələsindədir). Rəqiblərində olduğu kimi, bu peyvəndi də 18 yaşından aşağı adamlarda sınaqdan keçirməyiblər. Bununla yanaşı, iştirakçıların dörddə birindən çoxunun yaşı 65-dən yuxarı olub.

Mümkün yan təsirlər. Peyvəndin klinik tədqiqatları zamanı yan təsirlərə az rast gəlinib və plasebu qrupla həqiqi peyvənd olunanlar arasında bərabər paylaşdırlıb.

Hansı ölkələr istifadə edir. Kanada məhz “Novavax” peyvəndini istehsal etmək və ondan istifadə etmək niyyətindədir.

Ukraynada peyda olacaqmı? Səhiyyə naziri Maksim Stepanovun dediyinə görə, “AstraZeneca” peyvəndləri ilə birgə onu da cari ilin fevralına gözləyirlər.

2021-02-09T113540Z_155823067_RC2ZOL95G182_RTRMADP_3_HEALTH-CORONAVIRUS-UKRAINE-CHINA.JPG
İşçi Pekində KİV üçün təşkil olunmuş hökumət turnesində “Sinovac Biotech” peyvəndinin istehsalçısının qablaşdırma kompleksində COVID-19 əleyhinə eksperimental peyvəndin keyfiyyətini yoxlayır. Çin, 24 sentyabr 2020-ci il



CoronaVac”

Rəsmi adı: CoronaVac

Hazırlayan: Çinin Sinovac Biotech şirkəti

Təsir prinsipi. Bu, inaktivləşdirilmiş peyvənddir, yəni onun əsas komponenti həyata qabil olmayan virus hissəcikləridir. Onlar xəstəlik deyil, immun reaksiya doğurur. Bu, köhnə, sınaqdan keçirilmiş texnologiyadır və bir çox digər peyvəndlərin istehsalında istifadə olunur. O, RNT-peyvəndlərindən fərqli olaraq, bəzi digər rəqibləri kimi 2-8C hərarətdə saxlanıla bilər.

Kimə və necə yeridilir? İki doza ilə əzələdaxili.

Effekti. Çin hələ yayda bu peyvənddən risk qrupunda istifadə etməyə icazə verib. Hazırda müxtəlif ölkələrdə kliniki tədqiqatların üçüncü fazasının ilkin məlumatları mövcuddur və onlar bir-birindən ciddi şəkildə fərqlənir. Belə ki, Türkiyədə onun effekti 91% olub, İndoneziyada isə 65%. Braziliyada isə az sayda adamda 50%-dən yuxarı effekt göstərib. Bu cür aşağı göstərici və nəticələrin müxtəlif ölkələrdə sezilən fərqi onun etibarı ilə bağlı xeyli tənqid doğurub.

Mümkün yan təsirlər. İndoneziyada aparılan tədqiqatlar ciddi yan təsirlər doğurmayıb.

Ən pis müşahidə titrətmə olub ki, o da bir neçə gündən sonra keçib.

Hansı ölkələr istifadə edir? Onun istifadəsinə Boliviya, Çili, Filippin, Sinqapur, Türkiyə, Tayland və bir neçə başqa ölkə icazə verib.

Ukraynada peyda olacaqmı? Ukrayna 1,9 milon doza peyvəndin alınması ilə bağlı müqaviləyə qol çəkib.


“Johnson&Johnson” peyvəndi

Rəsmi adı: Ad26. COV2.S

Hazırlayan: Amerikanın “Johnson&Johnson” şirkəti

Təsir prinsipi. “AstraZeneca” şirkətinin və “Qamaleya” mərkəzinin hazırladığı peyvəndə oxşar daha bir vektor peyvəndi. Onun üstünlükləri sırasında adi soyuducuda saxlanıla bilmə qabiliyyəti də var.

Kimə və necə yeridilir? Bir dəfə əzələdaxili vurulur.

Effekti. Bu il yanvarın sonunda istehsalçı xəbər verib ki, tədqiqatların nəticələrinə görə, onun effekti 66% təşkil edir, lakin 85% ehtimalla xəstəliyin ağır formasından qoruyur.

Mümkün yan təsirlər. Kliniki tədqiqatlar zamanı ciddi yan təsirlərə rast gəlinməyib.

Hansı ölkələr istifadə edir? Fevralın əvvəlində istehsalçı peyvəndin fövqəladə istifadəsinə razılıq almaq üçün FDA-ya ərizə verib, fevralın sonunda Amerikanın tənzimləyici qurumu bu məsələyə baxmalıdır. İstehsalçı şirkət Avropanın tənzimləyici qrupuna da belə bir ərizə verməyi planlaşdırır.

Ukraynada peyda olacaqmı? Ukrayna COVAX proqramı çərçivəsində “Johnson & Johnson”-dan peyvənd ala bilər.

Ana səhifəSosialCOVID-19 əleyhinə peyvəndlər üzrə bələdçi