Çörək sexindən tələb olunan 6 min manata görə vergi işçilərinə 6 il həbs

Digər təqsirləndirilən Cahid Tahirov məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Source: Specify Source


Vergi idarəsinin əməkdaşları dələduzluğa cəhddə təqsirli biliniblər

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun hər biri 3 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində onlar haqqında çıxarılan hökmə əsasən, vergi idarəsinin əməkdaşları dələduzluğa cəhddə təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 311-ci maddəsilə – rüşvət alma ittihamıyla məhkəmə qarşısına çıxarılmışdılar. İş materiallarında göstərilmişdi ki, Azər Allahverdiyev və Cahid Tahirov çörək sexinin sahibindən il ərzində orada vergi yoxlaması aparılmaması müqabilində 6000 manat pul istəyib. Həmin pulun bir hissəsini alarkən saxlanılıblar.

Hökmdən əvvəl Azər Allahverdiyev son sözündə deyib ki, əməlindən çox peşmandır, səhvini anlayıb. Himayəsində xəstə həyat yoldaşı və azyaşlı övladlarının olduğunu deyən Azər Allahverdiyev hakimlərdən bu halların nəzərə alınmasını, onun bağışlanmasını xahiş edib.

Digər təqsirləndirilən Cahid Tahirov məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası rüşvət alma ittihamına xitam verib. Keçmiş vergi işçilərinə qarşı ittihamı Cinayət Məcəlləsinin 29.178 (dələduzluğa cəhd) maddəsinə tövsif edib və bu maddə ilə onların hər birinə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Ana səhifəSosialÇörək sexindən tələb olunan 6 min manata görə vergi işçilərinə 6 il həbs