Cim Kerri Uill Smitin həbsinə çağırış edib

“Roku vurduğu üçün daha ağır nəticələrlə üzləşməlidir”

Amerikalı kinoaktyor Cim Kerri “Oskar” mükafatının təqdimatındakı qalmaqaldan sonra həmkarı Uill Smitin həbsinə çağırış etdiyi bildirilir.

“CBS Mornings” telekanalına müsahibəsində aktyor söyləyib ki, Smit Kris Roku vurduğu üçün daha ağır nəticələrlə üzləşməlidir.

Kerri hadisə zamanı zalda olanların hadisəyə reaksiya verməməyinə də diqqət çəkib.

Bunu mənfi hal kimi dəyərləndirib.

Baş verənlərin könül bulandırdığını bildirən Cim Kerri Uill Smitin davranışını təkcə onun reputasiyasına deyil, bütün Hollivud sənayesinə ziyan vurduğunu bildirib.

Martın 28-də “Oskar” mükafatının təqdimatı zamanı şounun aparıcısı Kris Rok aktyor Uill Smitin həyat yoldaşının keçəl olması ilə bağlı zarafat edib.

O, alopesiya (keçəlləşmə, saş tökülməsi) xəstəliyindən əziyyət çəkən Cada Pinkett-Smitin çox qəşəng saç düzümü olduğunu deyib.

Bundan sonra Smit səhnəyə qalxaraq, Kris Roku yumruqla vurub və ona qışqırıb ki, həyat yoldaşı ilə belə zarafat etməsin.

Hadisədən sonra Rok polisə şikayətdən imtina edib.

Smit isə ictimaiyyət qarşısında sənətçidən üzr istəyib və etdiyi əməldən utandığını bildirib.

94-cü “Oskar” kino mükafatının təqdimat mərasimi martın 28-də Los-Ancelesdə keçirilib.

Ana səhifəMədəniyyətCim Kerri Uill Smitin həbsinə çağırış edib