Cavanşir Quliyevin insult keçirdiyi bildirilir

Cavanşir Quliyev. Foto: Facebook

Bəstəkar Türkiyədə xəstəxanaya yerləşdirilib

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin fevralın 5-i səhər saatlarında Türkiyədə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bu barədə rejissor Ramiz Həsənoğlu (Mirzəyev) məlumat verib.

“İstanbuldan xoş olmayan xəbər gəldi. Həyat yoldaşı Ülkər xanım bildirdi ki, Türkiyədə işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”, – rejissor bildirib.

Ramiz Həsənoğlu APA-ya Cavanşir Quliyevin insult (beyin qanaması) keçirdiyini deyib:

“Deyəsən, beyninə qan sızıb. Şəhər xəstəxanalarının birindədir. “Acıbadem” xəstəxanasına köçürülməsi gözlənilir”.

Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub.

Ana səhifəXəbərlərCavanşir Quliyevin insult keçirdiyi bildirilir