Bəs sizin qapınızı döyən olubmu?

ReAL Partiyasının sədri İlqar Məmmədovun keçirdiyi sorğuda isə 87 faiz siyahıya alınmadığını, 13 faiz siyahıya alanların evlərinə gəldiyini söyləyib.

Source: Foto: Azərtac


Siyahıyaalınma başa çatsa da, əksəriyyət onların evinə kiminsə gəlmədiyini deyir

1-10 oktyabrda Azərbaycan Respublikası ərazisində əhalinin sınaq siyahıyaalınması keçirilib. Qanunla siyahıya alanlar hər ailəyə baş çəkməli idilər. Dövlət Statistika Komitəsi siyahıyaalmanın bütün vətəndaşları əhatə etdiyini söyləsə də, sosial şəbəkələrdə insanların əksəriyyəti onların evinə kimsənin gəlmədiyini yazır.

"Facebook" sosial şəbəkəsində xeyli siyasətçi, iqtisadçı və çoxsaylı izləyicisi olan səhifələr sorğu keçiriblər. Məsələn, "Hamam Times"-in keçirdiyi sorğuda 78 faiz insan “yox”, 22 faiz insan “hə” cavabı verib. Səsvermədə 5 mindən artıq insan iştirak edib. Meydan TV-nin keçirdiyi sorğuda isə 73 faiz “yox”, 27 faiz “hə” cavabı verib. Buradakı səsvermədə isə 2 mindən artıq adam iştirak edib.

ReAL Partiyasının sədri İlqar Məmmədovun keçirdiyi sorğuda isə 87 faiz siyahıya alınmadığını, 13 faiz siyahıya alanların evlərinə gəldiyini söyləyib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun keçirdiyi sorğuda isə 300 nəfərə yaxın insan iştirak edib. Qubad İbadoğlu bildirib ki, hər 100 nəfərdən 5-10 nəfər siyahıya alındığını söyləyir.

İqtisadçı deyir ki, dövlət büdcəsindən əhalinin siyahıya alınması üçün 23 200 000 manat vəsait ayrılıb. Belə çıxır ki, bu qədər pul göyə sovrulub:

"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” prezident fərmanı ilə nəzərdə tutulan əhalinin növbəti siyahıyaalınması dünən başa çatıb. 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Bu, o deməkdir ki, hər ailəyə orta hesabla 10 manat vəsait ayrılıb. Bu vəsaitlə siyahıçılar hər bir ailəyə baş çəkməli və siyahıyaalma vərəqəsində olan 6 sual, sorğu vərəqəsində olan alt suallar da daxil olmaqla, bütövlükdə 46 sualı müsahibə əsasında cavablandırmalı idilər. Ancaq görünən odur ki, layihənin həyata keçirməsində pozuntular olub. Çünki böyük əksəriyyət onların qapılarının döyülmədiyini deyib".

Ana səhifəİqtisadiyyatBəs sizin qapınızı döyən olubmu?