Barbara Brılskanın onurğası sınıb

Barbara Brılska, Foto: https://tsn.ua/ru/

Aktrisanın vəziyyətinin qənaətbəxş olmadığı deyilir

“Taleyin istehzası və ya həmişə təmizlikdə” (“Ирония судьбы, или с лёгким паром”) bədii filmində Nadya obrazını canlandıran 80 yaşlı aktrisa Barbara Brılska onurğasını sındırıb.

Rusiya mətbuatının yazdığına görə, aktrisanın vəziyyəti qənaətbəxş deyil.

O, jurnalistlərə açıqlamasında həm fiziki, həm də mənəvi vəziyyətinin yaxşı olmadığını deyib.

Bir müddət öncə Barbara Brılskanın dil xərçəngi ilə mübarizə apardığı barədə məlumatlar yayılmışdı. Aktrisa xəbəri təkzib etmişdi.

Sovet rejissoru Eldar Rizanov ikihissəli “Taleyin istehzası və ya həmişə təmizlikdə” filmini 1975-ci ildə çəkib.
Film 1976-cı ildə nümayiş olunub.

Ana səhifəMədəniyyətBarbara Brılskanın onurğası sınıb