Bakıda hədiyyə adıyla gül və qumbara göndərilib

Gül və qumbara. Mənbə: Lightspring/shutterstock

DIN hədə-qorxu gələnin kimliyini müəyyənləşdirdiyini deyir

Bakıda hədiyyə adıyla gətirilən qutunun içindən qumbara çıxıb. Hadisə noyabrın 17-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Alı Mustafayev küçəsi 1 ünvanında yerləşən evə hədiyyə qutusu gətirənlər karqo şirkətindən gəldiklərini deyiblər. Həmin ev paytaxt sakini Ceyhun Cəfərzadəyə məxsus olub.

Qutunun içinə qərənfil gülü və F-1 qumbarası qoyulubmuş.

Qutudan şübhələnən Ceyhun Cəfərzadə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, qumbara və qərənfil qoymaqla, hədə-qorxu gələnin kimliyini polis müəyyənləşdirib. İddia olunur ki, şübhəli bilinən şəxs Abşeron rayon sakini, 19 yaşlı Elgün Ocaqverdiyevdir. Ondan “F-1” markalı qumbara götürüldüyü deyilir.

Ana səhifəSosialBakıda hədiyyə adıyla gül və qumbara göndərilib