Bakı-Sumqayıt yolu 1 saat bağlı olub

İlham Əliyevin Ziya Bünyadov prospektinin inşası ilə tanışlığı paytaxta gələn yollarda uzun tıxac yaradır.

Source:


İlham Əliyevin Ziya Bünyadov prospektinin inşası ilə tanışlığı paytaxta gələn yollarda uzun tıxac yaradır.

Martın 7-də səhər saat 9.35-dən 10.30-a qədər Sumqayıt-Bakı yolu bağlı olub. Paytaxta gələn Masazır yolu da bağlanıb. DYP Bakıya gələn yolların bağlanmasının səbəbini izah etməyib. Nəticədə paytaxta işə gələnlər, dərsə gələn tələbələr dərsə gecikməli olublar. İlkin informasiyaya əsasən dövlət başçısı İlham Əliyevin hansısa rayona səfəri yollarda tıxac yaranır. Bu günkü tıxac haqqında yollar açılandan sonra məlumat yayılıb.

Xəbər saytlarının məlumatına görə, prezident İlham Əliyevin paytaxtın Ziya Bünyadov prospektində inşası davam etdirilən müxtəlif səviyyəli yol qovşaqlarında tikinti işlərinin gedişi ilə tanış olması səbəbindən Bakı-Sumqayıt yolunda 1 saatlıq tıxac yaranıb. Bu barədə məlumat yayan APA bildirib ki, Z.Bünyadov prospektində yol qovşaqlarının inşası Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı çərçivəsində həyata keçirilir.

Ana səhifəXəbərlərBakı-Sumqayıt yolu 1 saat bağlı olub