“Azərkitab”ın ünvanı dəyişir

Foto: Real tv

Mərkəzi yeni binaya köçürülür

Bakının Yasamal rayonu ərazisində yerləşən “Azərkitab” kitab mərkəzinin ünvanı dəyişdirilir.

Bu haqda Meydan TV-yə “Azərkitab”ın rəhbəri Sabir Həsənov məlumat verib.

Bildirib ki, kitabxananın yerləşdiyi hazırkı ünvan satış üçün əlverişli deyil.

“Bundan əvvəl mağazamız Dövlət Statistika Komitəsinin yanında idi. Baxdıq ki, kitabxanaya gəlib-gedən azdır. Eyni səbəbə görə binanı dəyişirik. Həm də buranın icarəhaqqı çoxdur. Burada mərtəbə artıqdır, əlavə xərcdir. Bizim xərcimiz-borcumuzu ödəmədiyinə, yer əlverişli olmadığına görə ünvanı dəyişməli olduq. Ünvan dəqiqləşəndən sonra açılışını edəcəyik”, – Sabir Həsənov deyib.

Yasamal rayonu ərazisində yerləşən “Azərkitab” üç mərtəbədən ibarətdir.

Mağazada kitab satışı ilə yanaşı, azyaşlıların əyləncəsi, eləcə də kafe fəaliyyət göstərirdi.

Kitab mərkəzinin üçüncü mərtəbəsi rəsm sərgiləri, mətbuat konfransı və sair müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Bu ünvanda mağaza 2019-cu ildə istifadəyə verilmişdi.

Ana səhifəMədəniyyət“Azərkitab”ın ünvanı dəyişir