Azərbaycanın Xalq artisti vəfat edib

Əlibaba Məmmədov. Foto: Report

Əlibaba Məmmədovun oğlu da bugünlərdə həyatını itirib

Xalq artisti, muğam ifaçısı Əlibaba Məmmədov vəfat edib.

Bu haqda Meydan TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

92 yaşlı xanəndənin ölüm səbəbi məlum deyil.

Ötən ilin yanvarında Əlibaba Məmmədovun qızı, bugünlərdə – fevralın 17-də isə 67 yaşlı oğlu Seyran Məmmədov xərçəng xəstəliyindən vəfat edib.

Artıq bir il idi ki, xanəndənin ayaqları tutulmuşdu.

Əlibaba Məmmədov 1930-cu ildə Maştağada doğulub.

Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”nin solisti olub.

Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradib ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
1963-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1989-cu ildə SSR Xalq artisti adlarına layiq görülüb.

Ana səhifəMədəniyyətAzərbaycanın Xalq artisti vəfat edib