Azərbaycanın Tokio-2020 Olimpiyasında ilk medalı

O, çinli Şiyan Xunu ipponla məğlub edib.

Source: Specify Source


Qadın idmançı İrina Kindzerska bürünc medal qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə məlumatı Komanda.az yayıb.

Bildirilib ki, cüdo yarışlarında 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın idmançı İrina Kindzerska bürünc medal qazanıb.

O, çinli Şiyan Xunu ipponla məğlub edib.

İrina Kindzerska deyib ki, hamıya Azərbaycanda qadın cüdosunun olduğunu ciddi şəkildə sübut etmək istəyirdim: "Çalışmaq və çalışmaq lazımdır. Bu, qızların gələcək karyeraları üçün təkan olmalıdır".

O, ötən Avropa çempionatından sonra zədələri olduğunu qeyd edib: "Ona görə də bacardığımdan zəif nəticələr göstərirdim. Dizlərim mənim qazanc və çörəyimdir. Hazırda dizlərimdən başqa heç nəyi düşünmürəm. Avropa çempionatının medalı olimpiya medalı ilə müqayisədə heç nədir".

"Tokio-2020" Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.

Azərbaycan oyunlara 44 idmançı ilə qatılıb, onların bir çoxu mübarizədən kənarlaşıb.

Olimpiada avqustun 8-dək davam edəcək.

Ana səhifəSosialAzərbaycanın Tokio-2020 Olimpiyasında ilk medalı