Azərbaycanı “Eurovision-2023”-də əkiz qardaşlar təmsil edəcək

Foto: İTV

Tural və Turan Bağmanovlar özlərinin bəstələdiyi mahnını oxuyacaqlar

Azərbaycanın “Eurovision-2023” təmsilçisi açıqlanıb.

İctimai Televiziyanın yaydığı məlumatda bildirilib ki, müsabiqədə Zaqataladan olan əkiz qardaşlar Tural və Turan Bağmanovlar (TuralTuranX) çıxış edəcəklər.

Yarışmada onlar özlərinin bəstələdiyi mahnını oxuyacaqlar.

İfa edəcəkləri mahnı yaxın zamanlarda açıqlanacaq.

“Eurovision-2023” mayın 9-dan 13-dək Liverpulda keçiriləcək.

2022-ci ildə “Eurovision”un qalibi Ukrayna olub.

Lakin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını nəzərə alaraq, ikinci yeri tutan Böyük Britaniya mahnı müsabiqəsinə onun adından ev sahibliyi edəcək.

Avropa Yayım Birliyi Ukraynada başlatdığı hərbi əməliyyatlara görə Rusiyanın müsabiqədə iştirakını 2022-ci ildən əngəlləyib.

Ana səhifəMədəniyyətAzərbaycanı “Eurovision-2023”-də əkiz qardaşlar təmsil edəcək