Azərbaycanda koronavirus: 988 yeni yoxuma

Bu günədək Azərbaycanda 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Source: Meydan TV


11 xəstənin vəfat etdiyi bildirilir

Oktyabrın 28-də Azərbaycanda 988 nəfərin koronavirus infeksiyasına yoluxması qeydə alınıb.

Əvvəl müalicə alanlardan 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.

Bu günədək Azərbaycanda 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib.

Aktiv xəstə sayı 9 405 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb: "Bugünkü test sayı isə 11 426-dir".

Ana səhifəSosialAzərbaycanda koronavirus: 988 yeni yoxuma