Azərbaycan ordusunun daha bir əsgəri həlak olub

Onun ürəktutmasından öldüyü deyilir

Source:
Saleh Füzuli oğlu Dəmirov
Saleh Füzuli oğlu Dəmirov


Onun ürəktutmasından öldüyü deyilir

Azərbaycan ordusunun əsgəri, Ağsu sakini Saleh Füzuli oğlu Dəmirov həlak olub. Bu barədə Meydan TV-yə Ağsu sakinləri bildiriblər. Onlar əsgərin hansı səbəbə həlak olması barədə dəqiq məlumatlarının olmadığını söyləyiblər.

Ağsu Rayon İcra hakimiyyətindən Meydan TV-yə faktı təsdiqləyiblər. Əsgərin rayonda dəfn edildiyini söyləyiblər:

“İlkin məlumatda deyilir ki, o, ürəktutmasından dünyasını dəyişib. Ancaq sonradan əlavə məlumat verilibmi, verilməyibmi, bilmirik”.

Əsgər Saleh Dəmirov bu gün hərbi xidmətini başa vurub evə qayıdacaqmış.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycan ordusunun daha bir əsgəri həlak olub