Azərbaycan ordusu daha 3 şəhid verdi

Vaqif Dərgahlı: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”

Source:


Vaqif Dərgahlı: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”

Silahlı qüvvələrimizin daha 3 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərinə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur. Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yayılan məlumatlara da münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”.

Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində öldürülüb.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.

Ana səhifəAnalitikaAzərbaycan ordusu daha 3 şəhid verdi