Azərbaycan internetin sürətinə görə 122-ci yerdədir

“Hətta ölkədə bu xidmətin qiyməti bəzi Avropa ölkələrindən də bahadır”

Source: google.az


Natiq Cəfərli: “Azərbaycanda internet qiymətləri Ukraynadan 7 dəfə bahadır”

Sabit və mobil internetin sürətinə görə dünya ölkələri üzrə “Speedtest Global Index” indeksi

açıqlanıb

.

Azərbaycan sabit internet sürətinə görə 181 ölkə arasında 122-ci yerdə qərarlaşınb.

Mobil internet sürətinə gəlincə, 137 ölkə arasında 66-cı olub.

İyunda Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 37,11 Mbit/s təşkil edib. Göstəricinin mayla müqayisədə 2,1 faiz artdığı bildirilir. Mobil şəbəkələrdən çıxış trafikinin sürəti də maydakı göstərici ilə müqayisədə 4,3 artaraq 14,97 Mbit/s olub.

İqtisadçı Natiq Cəfərli deyir ki, 21-ci əsrdə, dünyanın onlayn formata keçdiyi bir dövrdə belə göstəricilər biabrçılıqdır:

“Bu internet sürəti ilə hələ bir distant təhsil, onlayn dərslər keçirmək istəyirlər. Məhz bu səbəbdən 2020-ci ildə ölkənin böyük bir hissəsində məktəblilər onlayn təhsildən məhrum oldular. Bunun fəsadlarını hələ illər sonra daha kəskin hiss edəcəyik”.

İnternet qiymətlərinə gəlincə, iqtisadçı bildirir ki, Azərbaycanda qiymətlər çox bahadır:

“Azərbaycanda 100 mbit/s internet 44,64 dollardır. Gəlin müqayisə edək: Eyni həcmli internet Ukraynada 6,18, Rusiyada 7,68, Moldovada 9,66, Qazaxstanda 11,21, Belarusda 12,96, Ermənistanda 21, Türkiyədə 30,09, Gürcüstanda 33,79 dollardır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, beləliklə, Azərbaycanda internet qiymətləri Ukraynadan 7 dəfə bahadır. Hətta ölkədə bu xidmətin qiyməti bəzi Avropa ölkələrindən də bahadır:

“Macarıstanda 100 mbit/s internetin qiyməti 10,32, Bolqarıstanda 13,88, Latviyada 14,19, Finlandiyada 17,91, Litvada 19,73, Çexiyada 23,57, İspaniyada 33,11, Avstriyada 39,79 dollardır. Yəni həm qiymət baha, həm sürət azdır. Bu gedişlə Azərbaycan hökuməti 21-ci əsrdə yüksək texnologiyalardan, “ağıllı kənd və şəhərlərdən” danışır”.

İqtisadçı düşünür ki, qiymətin yüksək, sürətin isə az olmasının əsas səbəbi inhisarçılıq, rəqabətsizlikdir. Bu isə ölkənin bütün sahələrində “xroniki xəstəlikdir””.

Ana səhifəSiyasətAzərbaycan internetin sürətinə görə 122-ci yerdədir