Azərbaycan-Ermənistan arasındakı yeni sərhəd xətləri narazılıq yaradıb

Sayt Ermənistanın Baş naziri Nikol Paşinyanın “ölkələr arasındakı yeni sərhəddə baş verənlər demarkasiya və delimitasiya prosesi deyil, sadəcə müəyyən sərhəd nöqtələrinin lokasiyasıdır” açıqlamasını misal gətirərək yazıb ki, ölkənin cənub regionunun – Sünikin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilir.

Source: https://jam-news.net/az


“Sərhədlərin bu cür demarkasiyası regionda nəinki sülhün bərqərar olmasına yardım etməyəcək”

Azərbaycanla Ermənistan arasındakı sərhəd xətlərinə yenidən baxılması Yerevanda narazılıqla qarşılanır.

Konkret olaraq, Gorus-Qafan yolunun bəzi hissələrinin rəsmən Azərbaycan ərazisi elan edilməsi və Şurnux kəndinin iki hissəyə bölünməsinə Ermənistan rəsmiləri də etiraz edib.

2020-ci ilin payızında Dağlıq Qarabağ ətrafında yaşanan müharibədən sonra əvvəllər Ermənistanın nəzarətində olan ərazilər Azərbaycanın nəzarəti altına keçib. Nəticədə keçmiş ittifaq respublikaları arasındakı köhnə sərhəd tərəflərin yeni təmas xəttinə çevrilib. Belə ki, kəndin sağ tərəfində qalan evlər Azərbaycanın nəzarətinə keçib, sol tərəf isə Ermənistanda qalıb.

Erməninstan tərəfi sərhədlərin ötən əsrin 70-ci illərinin sovet xəritələri əsasında GPS sistemi vasitəsilə təyin edilməsi təəccübləndirib.



Jamnews

” saytının yazdığına görə, Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin yenidən nəzərdən keçirilməsi prosesi dayandırılmalı və ya yenidən nəzərdən keçirilməlidir, çünki qeyri-legitimdir:

“Sərhədlərin demarkasiyası prosesi insan haqlarının və qanunun aliliyi prinsipinin kobud pozulması ilə həyata keçirilir. Sərhədlərin bu cür demarkasiyası regionda nəinki sülhün bərqərar olmasına yardım etməyəcək, hətta əksinə, Ermənistan və Azərbaycan xalqları arasında nifrətin qızışdırılmasına səbəb ola bilər. Bu proses insan haqlarının beynəlxalq əsaslarını pozur”.

Onun fikrincə, Ermənistanın dövlət sərhədlərinin müəyyənləşdirilməsi prosesi müharibə təhdidi şəraitində keçirilir:

“Azərbaycan və Türkiyə prezidentləri Ermənistan xalqını soyqırım və etnik təmizləmə ilə təhdid edirlər. Azərbaycan rəhbərliyi İlham Əliyevin ardınca Ermənistan vətəndaşlarının ləyaqətini təhqir edir və milli nifaqı təhrik edir. Sərhədlərin demarkasitası zamanı peşəkar yanaşma yoxdur, əvəzində isə GPS kimi qəbulolunmaz mexaniki yanaşma tətbiq edilir”.

Shurnukh_Az_part-1024×576.jpg
İki respublikanın sərhədi

Ombudsman dinc sakinlərin bilavasitə yaxınlığında Azərbaycan SQ postlarının olmasını və Azərbaycan hərbçilərinin vaxtaşırı müxtəlik çaplı silahlardan atəş açmalarını yolverilməz hesab edir.

Arman Tatoyan başqa bir vacib məsələni də qaldırır – sərhədyanı vilayətin sakinlərinin uzun illər istifadə etdikləri örüş yerlərinə və tarlalara artıq çıxışları yoxdur.

Sayt Ermənistanın Baş naziri Nikol Paşinyanın “ölkələr arasındakı yeni sərhəddə baş verənlər demarkasiya və delimitasiya prosesi deyil, sadəcə müəyyən sərhəd nöqtələrinin lokasiyasıdır” açıqlamasını misal gətirərək yazıb ki, ölkənin cənub regionunun – Sünikin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilir.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi deyilənləri əsassız sayır.

Nazirliyin mətbuat xitmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə sərhədləri var:

“Beynəlxalq hüququn prinsiplərinə əsasən beynəlxalq sərhədlərimiz toxunulmazdır. Sərhədlərin demarkasiya və delimitasiyasına gəlincə, müvafiq mərhələdə beynəlxalq hüququn prinsipləri əsasında həll olunacaq”.

Hüquqşünas Fuad Ağayev respublikaların SSRİ vaxtında Moskva tərəfindən təsdiqlənmiş xəritələrinin hələ qaldığını bildirib:

“Ermənistan rəsmiləri nəyəsə etiraz edirlərsə, konkret onu təkzib edən sənəd ortaya qoymalıdırlar. Əgər SSRİ zamanının xəritələrindən başqa Ermənistanın ayrı xəritəsi yoxdursa, onlar Bakıya təklif etməlidirlər ki, kəndlərin yarısı bu xəritələr əsasında siz tərəfdə qalır, gəlin, bu məsələni danışıqlar yoluyla nizamlayaq. Yəni sülh müqaviləsində bu cür məsələlər nizamlana bilər”.

Ana səhifəSiyasətAzərbaycan-Ermənistan arasındakı yeni sərhəd xətləri narazılıq yaradıb