Azərbaycan çempionuna narkotik ittihamıyla 5 il 6 aylıq cəza kəsildi

Foto: Meydan Tv

Onun üzərindən patı tapıldığı deyilir

Kikboks üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi olmuş Fikrət Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, Fikrət Rəhimovun üzərindən 6.7 qram narkotik maddə olan metamfetamin (“patı”) tapılıb.

Prokuror Azərbaycan çempionuna 7 il 6 ay həbs cəzası verilməsini istəmişdi.

Ana səhifəSosialAzərbaycan çempionuna narkotik ittihamıyla 5 il 6 aylıq cəza kəsildi