AXCP-nin mətbuat katibinin qardaşını həbs etdilər (yenilənib)

Natiq Adilov: “Evimizə gələn silahlı adamlar bacımızın yastığının altından bükülü tapıblar. Adını narkotika qoyub, qardaşımı həbs ediblər”

Source:


Natiq Adilov: “Evimizə gələn silahlı adamlar bacımızın yastığının altından bükülü tapıblar. Adını narkotika qoyub, qardaşımı həbs ediblər”


***


10.50. Natiq Adilov “Amerikanın Səsi” radiosuna deyib ki, evlərinə hücum edən polislər bacısının yastığının altından bükülü tapıblar, adını da narkotik maddə qoyub, qardaşını həbs ediblər.


Onun sözlərinə görə, qardaşının həbsi istər Muradın AXCP fəalı kimi öz fəaliyyəti ilə, istərsə də Natiq Adilovun “Azadlıq” qəzeti və “Azərbaycan Saatı”ndakı işi ilə bağlı ola bilər.

***

00.40. Natiq Adilov öz Facebook səhifəsində yazıb ki, qardaşının həbs qərarı Bakıdan verilib: “Ancaq yuxarı səviyyədə verilən qərarı icra edən məsuliyyətdən azad deyil. Ailəmizə qarşı əməliyyata rəhbərlik edən, ailəmizin müdafiəsiz üzvlərinə hədə-qorxu gələn şəxs rayon polis idarəsinin rəis müavini Əlifağa Kazımovdur. Bu adam xidməti qüsurlarını vicdanlı adaçları şərləmək vasitəsilə malalayır. Nəhayət, Əlifağa Kazımov cənub bölgəsində Seyid Fərəməzi şərləyib həbs edən adamdır”.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat katibi Natiq Adilovun qardaşı Murad Adilov həbs edilib.

Bu barədə N.Adilov öz “Facebook” səhifəsində məlumat yayıb:  “Əziz dostlar! Bu dəqiqə kənddən (Sabirabad) aldığım məlumata görə,  polis evimizə basqın edib. Qardaşımı həbs ediblər. Heç bir açıqlama vermirlər. Ailə üzvlərimizlə əlaqə yarada bilmirəm. Bu, növbəti xain basqındır, mənə görə ailəmizin əzaba düçar edilməsidir. Buradan bəyan edirəm, kişisiniz, sözünüz mənimlə olsun. Bu böhtan və yaramazlıq heç bir halda mənim apardığım haqq davasına təsir edə bilməyəcək. Bu cür şərləmə ilə  çox uzağa gedə bilməyəcəksiniz”.

Sabirabad rayon Polis İdarəsindən isə Meydan Tv-yə hadisədən məlumatsız olduqlarını bildiriblər.

Ana səhifəXəbərlərAXCP-nin mətbuat katibinin qardaşını həbs etdilər (yenilənib)