Avropa Məhkəməsi Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb

Qurum “Ruşaniyyə Hüseynova Azərbaycana qarşı” adlı işlə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb

Source:


Qurum “Ruşaniyyə Hüseynova Azərbaycana qarşı” adlı işlə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda 2005-ci il martın 2-də qətlə yetirilmiş jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb. Araşdırma mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynovanın şikayəti əsasında həyata keçirilir. Bu barədə Avropa Məhkəməsinin yaydığı məlumatda bildirilir ki, Ruşaniyyə Hüseynovanın ərizəsi 2010-cu il fevralın 17-də təqdim olunub. (

“Azadl


ı


q





q


ə


zeti

)

Araşdırma çərçivəsində artıq Azərbaycan hökumətinə sorğu göndərilib, bu cinayət işi üzrə bütün materialların Avropa Məhkəməsinə təqdim olunması tələb edilib. Sorğudakı suallardan biri də Elmar Hüseynovun qətlində Azərbaycan hakimiyyətinin iştirakı haqdadır.

Avropa Məhkəməsinin “Ruşaniyyə Hüseynova Azərbaycana qarşı” adlı iş üzrə yaydığı məlumatda deyilir:

Ərizəçi Ruşaniyyə Hüseynova Azərbaycan vətəndaşıdır. O, 1978-ci ildə Azərbaycanda anadan olub, hazırda isə Norveçdə yaşayır. Avropa Məhkəməsində onun hüquqlarını Osloda fəaliyyət göstərən vəkil K.Rognlien müdafiə edir.

Ərizəçi işin hallarını şikayətində bu cür təsvir edib:

A.

Ə


riz


əç


inin h


ə


yat yolda


şı


n


ı


n q


ə


tli

Ərizəçinin həyat yoldaşı Elmar Hüseynov Azərbaycanda tanınmış müstəqil jurnalist olub. Hadisə baş verən günə qədər o, həftəlik “Monitor” jurnalının baş redaktoru vəzifəsində çalışıb. Bu jurnal hakimiyyəti sərt tənqid edən nəşr olub.

Qətl hadisəsindən əvvəl də ölkənin prezidenti, hökumət üzvləri və digər vəzifəli şəxslər barədə tənqidi yazılara görə Elmar Hüseynova qarşı dəfələrlə məhkəmədə mülki iddialar, cinayət işi qaldırılıb. Ümumilikdə ona qarşı 34 dəfə iş qaldırılıb. Bundan başqa, dəfələrlə jurnalın nüsxələri müsadirə olunub, onun nəşrinə hakimiyyət tərəfindən əngəllər törədilib.

Ərizəçinin sözlərinə görə, həyat yoldaşı tənqidi məqalələrinə görə mütəmadi olaraq hədələnirdi. Xüsusən 2004-cü ilin yanvarında polis əməkdaşı onu ölümlə hədələyərək, prezident və ailəsi barədə məqalələrə son qoymağı tələb etmişdi.

2005-ci il mart ayının 2-də, axşam saat 9 radələrində Elmar Hüseynov işdən evə qayıdarkən yaşadığı binanın üçüncü mərtəbəsində – mənzilinin qarşısında 7 güllə ilə qətlə yetirilib. Elmar Hüseynovun qətli yerli və beynəlxalq mediada geniş işıqlandırılıb. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının baş katibi bu qətli birmənalı şəkildə pisləyib.

Azərbaycan prezidenti də hadisənin ertəsi gün – martın 3-də verdiyi rəsmi bəyanatda hadisəni pisləyərək, bu qətli “ölkənin reputasiyasına böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə” kimi qiymətləndirib.

B.

Cinay


ə


t i


ş


inin istintaq


ı

Martın 2-də hadisədən dərhal sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə) və 228.1 (qanunsuz silah saxlama) maddələrilə cinayət başlanıb.

Martın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyəti başlanmış cinayət işi haqda məlumatlandırıblar.

Ərizəçinin sözlərinə görə, o, həyat yoldaşının qətlilə əlaqədar istintaq tərəfindən dəfələrlə dindirilib. O, istintaqa ifadəsində bildirib ki, hadisəyə qədər yaşadıqları binanın girişində özünü şübhəli aparan bir kişi görüb.

2005-ci il aprelin 6-da cinayət işi qətdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib.

Mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təzlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan T.X.-un iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, T.X. hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub. Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsilə birgə əməkdaşlıq çərçivəsində aparılıb.

Azərbaycanın yuxarıda adları çəkilən hüquq-mühafizə orqanları mayın 20-də daha bir birgə bəyanat yayıblar. Bu dəfə ictimaiyyətə qətldə iştirakı olan daha bir nəfərin – T.Ə.-in müəyyənləşdirildiyi haqda məlumat verilir. Bu adam da Gürcüstan vətəndaşıdır. Eynilə, yenə də qeyd olunur ki, bunun da barəsində axtarış elan olunub.

Ərizəçi 2005-ci il mayın 31-də Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, həyat yoldaşının qətlinin istintaqı haqda məlumat almaq istəyir. Qeyd edib ki, istintaq onu zərərçəkmiş qismində tanısa da, istintaqın gedişi haqda heç bir məlumat verilmir.

2005-ci il iyunun 2-də və 12-də yenə də Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə ABŞ-da keçirilən məhkəmə-tibbi ekspertizası barədə məlumat verib. Qeyd olunub ki, ekspertizanın nəticələsi T.X. və T.Ə-in birbaşa qətlə iştirakını təsdiqləyib.

2005-ci il noyabrın 20-də ərizəçi həyat yoldaşının qətlilə bağlı effektli araşdırmaların aparılması üçün yenidən Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. O həmçinin istintaq orqanından işin gedişi barədə məlumat almaq istəyib.

Ərizəçinin sözlərinə görə, o, həyat yoldaşının hakimiyyət tərəfindən qətlə yetirildiyi barədə açıqlamalarına görə hadisədən sonra bir il təhdid altında olub. Bu səbəbdən də 2006-cı ildə ölkəni tərk edərək, Norveçdə sığınacaq alıb.

2008-ci ildə ərizəçinin vəkili, eləcə də Norveç Helsinki Komitəsi Azərbaycanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, Elmar Hüseynovun qətlilə bağlı cinayət işinə aid sənədlərin surətini istəyib.

Milli Təhlükəsizlik Nazirliyinin 18 iyul 2008-ci ildə ərizəçinin vəkilinə göndərdiyi cavab məktubunda yazılıb ki, o, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmadığından və notarial qaydada etibarnamə təqdim etmədiyindən sənədlərin surətini əldə edə bilməz. Həmçinin qeyd olunub ki, Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinin 87 və 102-ci maddələrinə görə, zərərçəkmiş, eləcə də onun nümayəndəsi cinayət işinin materialları, o cümlədən müvafiq sənədlərlə yalnız ibtidai istintaq başa çatandan sonra tanış ola bilər. Cinayət işi üzrə istintaq isə davam edir.

Milli Təhlükəsizlik Nazirliyi 17 mart 2009-cu il tarixli məktubla bir daha ərizəçiyə məlumat verib ki, sənədlərin surətini əldə etmək barədə müraciətinə baxılıb. Lakin Cinayət-Prosessual Məcəlləsinin 87 və 102-ci maddələrinə görə, zərərçəkmiş, eləcə də onun nümayəndəsi cinayət işinin materialları, o cümlədən müvafiq sənədlərlə yalnız ibtidai istintaq başa çatandan sonra tanış ola bilər. Əlavə olunub ki, istintaqın müddəti 2 sentyabr 2009-cu ilə qədər uzadılıb. Amma məktubda aparılan istintaq hərəkətləri barədə qısaca da olsa məlumat verilməyib.

Ərizəçinin sözlərinə görə, istintaq orqanı araşdırmaların davam etdiyini, cinayətdə şübhəli bilinən şəxslərin beynəlxalq axtarışa verildiyini iddia etsə də, onların axtarışı ilə bağlı İnterpolun qərarı yoxdur.


Ş


ikay


ə


t

Ərizəçi bildirir ki, həyat yoldaşı Azərbaycanın hakimiyyət nümayəndələri tərəfindən qətlə yetirilib və bu səbəbdən dövlət orqanları bu cinayət işi üzrə effektiv araşdırma aparmayıb. Bu da Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulmasıdır.

Ərizəçi qeyd edir ki, həyat yoldaşının qətli həm də Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozuntusudur. Çünki Elmar Hüseynov məhz jurnalist fəaliyyətinə görə qətlə yetirilib.

Ərizəçi həmçinin Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələri hüququ) maddəsinin pozulduğunu vurğulayır.


Suallar

1. Bu halda, ərizəçinin həyat yoldaşının Konvensiyanın 2-ci maddəsilə təminat verilən yaşamaq hüququ pozulubmu? Xüsusən, dövlət məmurlarının ərizəçinin həyat yoldaşının ölümündə hər hansı formada iştirakı olubmu? Ərizəçinin həyat yoldaşının qorunması baxımından dövlətin polzitiv öhdəliyi olubmu? Ərizəçinin həyat yoldaşı qətlə yetirilənə qədər polisə həyatına real təhlükə barədə məlumat veribmi? Yerli dövlət orqanları ərizəçinin həyat yoldaşının həyatına istənilən təhlükədən xəbərdar olubmu? Əgər cavab “hə”dirsə, bu halda, yerli dövlət orqanları bu məsələ ilə əlaqədar hansı tədbirləri görüb? Yerli istintaq orqanları bu iş üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin pozulmasını araşdırıbmı?

2. Ərizəçinin həyat yoldaşının məlumatları yaymaq, fikirlərini ifadə etmək baxımından Konvensiyanın 10-cu maddəsilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə olubmu? 2005-ci il martın 2-də baş vermiş qətl hadisəsi onun jurnalist fəaliyyətilə əlaqəlidirmi? Vətəndaşların Konvensiyanın 10-cu maddəsilə təminat verilən ifadə azadlığının təmin edilməsi baxımından dövlətin pozitiv öhdəliyi varmı?

3. Ərizəçinin müraciətlərinin araşdırılması baxımından Konvensiyanın 13-cü maddəsilə təminat verilən effektiv hüquqi müdafiə vasitələri təmin olunubmu?

4. Hökumətdən xahiş olunur ki, bu iş üzrə istintaq hərəkətləri, eləcə də dövlət orqanlarının digər addımları barədə detallı məlumat verilsin. Bu iş üzrə bütün sənədlərin surətləri, o cümlədən məhkəmə tibbi ekspertizasının, prosessual qərarlar, dindirmə zamanı alınan ifadələr, şəkillər, video-yazılar, bir sözlə, bu cinayət işinə aid bütün materialların verilməsi xahiş olunur.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb